Dino Ndlovu: “Ola bilər ki, biz kiçik klubuq“
Tarix: 23.11.2017 | Saat: 17:11:00 | Oxunub: 949 | E-mail | Çapa göndər
"İlk 20 dəqiqədə yaxşı oyun alındı, ancaq hakim bizim üçün bütün məsələni həll etdi. Amma mən heç kimi günahlandıra bilmərəm. Bu futboldur, hər şey ola bilər"

Futbolmedia.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Dino Ndlovu deyib. Çempionlar Liqası V turunda "Qarabağ" "Çelsi" ilə qarşılaşıb 0:4 hesablı yenilgi yaşayıb.

Cənubi afrikalı forvard matç barədə fikirlərini bölüşüb: "Nə edə bilərik? Komanda üçün yaxşı təcrübə oldu. Heç bir səhv cəzasız qalmır. Mən UEFA rəsmisi deyiləm, hakimlik barədə danışmaq istəmirəm, bu, mənim problemim deyil. Ancaq onlar edəcəyini etdilər. Çempionlar Liqası oyunlarında qırmızı vərəqələr alırıq, bunun səbəbini anlamıram. Ola bilər ki, biz kiçik klubuq. Buna görə çox üzülürəm".

Ndlovu qarşılaşmanın gedişatında qırmızı vərəqədən sonra baş məşqçi Qurban Qurbanovun bütün futbolçuarı yanına çağırması barədə danışıb: "Qurban Qurbanov bizə sadəcə motivasiya verdi. Xüsusi bir şey demədi. Rəşadla da söhbətim olmadı, mənə heç nə demədi. Bu futboldu, nə edə bilərik?"




 
Bölməyə aid digər xəbərlər
16.12.2017
“Keşlə”nin qış hazırlıq planı bəlli olub
16.12.2017
“Neftçi” legioner futbolçulardan biri ilə yollarını ayırdı
16.12.2017
“Səbail” qış fasiləsində 3 legionerlə yollarını ayıracaq
15.12.2017
Rəşad Sadıqov canlı əfsanə Totti ilə görüşdü
14.12.2017
Yunis Hüseynov:“Ona görə də bu gün uduzduq“

Şərh əlavə olunmayıb

Facebook-da
17.12
09:14
PSJ qalib gəldi
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info