“Qəbələ”nin acınacaqlı durumu, Heydərovlar futbolçularını pul üzünə həsrət qoyub (YAZI)
Tarix: 21.11.2017 | Saat: 13:13:00 | Oxunub: 1312 | E-mail | Çapa göndər



Premyer Liqanın qızıl medalları uğrunda mübarizə aparan “Qəbələ” klubunda işlər heç yaxşı getmir. Klub rəhbərliyi mövsümün əvvəlində çempionluq üçün oynayacaqlarını açıqlasa da, hələki bundan əsər-əlamət yoxdur. Əvəlla çempionluq üçün oynayan komanda 11-ci turdan sonra 3-cü pillədə deyil, 1-ci pillədə qərarlaşmalıdır. Heç olmasa 2-ci pilləni möhkəm tutmalıdır. Lakin “Qəbələ” klubunda tam əksinədir. Çempionatın əvvəllərindən qeyri-sabit oyun nümaiş etdirən bölgə klubu xeyli xal itkisinə yol verərək, çempionluq yarışında “Qarabağ”a bərabər rəqib olmadığını göstərdi. Ümumiyyətlə əldə etdiyimiz məlumata görə, “Qəbələ”də hal-hazırda vəziyyət gərgindir. Bu təkcə “Qəbələ” klubuna deyil, ümumilikdə Qəbələ idma klubuna da, təsir edib. Bir neçə gün bundan öncə Qəbələ” klubu çempionatın debütantı “Səbail”lə yoxlama oyunu keçirdi. Həmin oyunda bölgə təmsilçisi adına, imicinə, kluba xərclənən pullara rəğmən, çox pis oyun nümaiş etdirib. Bunu görən “Qəbələ”nin vitze-prezidenti Fariz Nəcəfov fasilədə futbolçuların soyunub geyinmə otağına düşərək, əməlli başlı skandal yaradıb. Fariz Nəcəfov üzünü Qriqorçuka tutaraq sənin komandan niyə belə biabırçı oyun göstərir. Belə oyunla çempion olmaq istəyirsiniz? Baş məşqçi Qriqorçuk isə futbolçularım 3 aydır maaş, pul, üzünə həsrət qalıb, hansı həvəslə oynamalıdırlar ki? Hə bax elə bu məsələlər “Qəbələ”də həyacan siqnalına bir işarədir. Elə baş məşqçi və rəhbərliklə aralarının dəyməsi, klubda işlərin heçdə yaxşı getmədiyini göstərir. Kəmaləddin Heydərovun oğlu futbolçuların maaşını vermir. Taleh Heydərovun rəhbəri olduğu “Qəbələ” İdman Klubunda idmançılar aylardır ki, maaş ala bilmir. Futbolmedia.Az-ın əldə etdiyi məlumata görə, bu problemin davam etməsi bir sıra idmançılar arasında narazılığa səbəb olub. Niyə bu qədər maaş gecikməsi olur. Məgər Tale Heydərovun pulu yoxdur? Buna heç inanmağım gəlmir. Necə deyərlər, pul bir ingilisdədir, birdə ki, Heydərovlarda. Hətta etibarlı mənbədən aldığımız məlumata görə, “Qəbələ” klubunda yerli və əcnəbi futbolçular arasında əməlli başlı mübarizə gedir. Yəni əcnəbi futbolçulara daha çox üstünlük verilir. Bir sözlə, futbolçular arasında fərq qoyulur. Bu amil isə yerli Azərbaycanlı futbolçuları çox qıcıqlandırır. Qeyd edək ki, klub həm futbolçuların, həm də digər idman növləriylə məşğul olan üzvlərinin maaşlarını 3 aya yaxındır ödəmir. Belə olan zaman “Qəbələ” klubunun vitze-prezidenti Fariz Nəcəfov hansı çempionluqdan danışa bilər. Hansı yaxşı oyun, yaxşı nəticə, haqda düşünə bilər. Məgər, ölkənin və dünyanın ən varlı şəxslərindən olan Heydərovların pulları qurtarıb? Bundan başqa, “Qəbələ” klubunda qış fasiləsi zamanı ola bilər ki, mövsümün sonunda köklü dəyişikliklər olsun. Əlbəttə ki, “Qəbələ”nin göstərdiyi nəticə, Avroliqadakı çıxışından çox şey aslıdır. Tale Heydərovda yaxşı bilir ki, su bir yerdə çox qalanda iylənir. Yəni köklü dəyişiklər edib, komandasına İdman akademiyasına, yeni qan gətirməyi düşünür. Çünki bu qədər ayrılan milyonlarla dollarların qarşısında “Qəbələ” klubu ancaq geri addım atıb. Əlbəttə ki, klubun bu il Avroliqada yaşadığı fiaskodan, söhbət gedir. Bura çempionatdakı qızıl medadllar uğrunda mübarizədə əsas rəqibi “Qarabağ”a uduzmasınıda əlavə etmək olar. Artıq neçə illərdi ki, “Qəbələ” klubu üçün ölkə çempionu olmaq şirin, əlçatmaz, arzuya çevrilib. İndi hazırki nəticədən belə qənaətə gəlmək olar ki, baş məşqçi Qriqorçukun klubda qalması, mövsümün sonundakı nəticədən və Avroliqadakı çıxışından aslıdır. Aldığımız məlumata görə, Qriqorçuk özüdə “Qəbələ” klubundan getmək istəyir. Qısası klubun futbolçularından çox olan idarə heyət üzvləri, baş məşqçiyə rahat işləmək imkanı vermirlər. Dior Oman Malone, Stiven Monroz, Ekiqo Ehiosun, Deyv Bultuis kimi ümüdləri tam olaraq doğrultmayan futbolçuları gətirib doldurublar komandaya. Elə bilirsiniz ki, bu futbolçuları Qriqorçuk özü görüb bəyənib? Boş söhbətlərdi. Bunu komandaya və Qriqorçuka sırışdıran klubun vitze-prezidenti, menecerləri, idarə heyət üzvləridir. Transferlərə bu cür yanaşma “Qəbələ” klubunun həmişəki gedişatıdır. Əgər yaddaşınızı biraz geriyə fırlatsanız, görərsiniz ki, “Qəbələ” yeganə klubdur ki, baş məşqçi transfer etməzdən öncə, heyəti yerli və əcnəbi futbolçularla tez-bazar doldurublar. Bu, onların hansı məntiqə uyğun strategiyasıdır axı? Məgər baş məşqçi gəlməmiş heyətə sayı-hesabı bilməyən futbolçular alarlar. Elə ona görə də, baş məşqçi gələndən sonra yerli futbolçularımızın çoxusu ehtiyat skamiyada çürüyürdü. Qalanlarını isə imakan tapan kimi klubdan göndərdilər. Daha doğrusu, araxalarına bir təpik vurdular. Çoxları da bir müddət klubsuz qaldı. Sonra da, deyirlər ki, milli komandamız niyə yaxşı nəticə göstərmir. Yerli futbolçularımızda niyə artım, inkişaf yoxdur. Çünki “Qəbələ” klubu əvvəldən bu taktika ilə yerli futbolçuların inkişafını beşikdə boğrudu. İndi-indi tənqidlərdən nəticə çıxardaraq, bir iki yerli Teymurlara, Urfanlara, əsas heyətdə yer verirlər. İnanın səmimiyyətimə, Qriqorçk və klub rəhbərliyin imkanı olsa, heyətdə hamısı legioner olardı. Sadəcə, limit məsələsi buna imkan vermir. İnanırıq ki, tez bir zamanda bu çatışmamazlıqlar aradan qalxacaq. Çünki, “Qəbələ” Azərbaycan klubudur. Və Avropada nə Tale Heydərovun , nədə ki,Qriqorçukun şəxsi bayraqlarını havalandırmır. Məhz ölkəmizin bayrağını ucaltmağa çalışırlar. Hələki Avroliqada ardı-ardı iştirak edən komandanın belə duruma düşməsi çox acınacaqlıdır. Belə getsə, “Qəbələ” klubu heç gələn ildə Avroliqanın qrup mərhələsinə vəsiqə qazana bilməyəcək.

Əli HƏYATİ

















 
Bölməyə aid digər xəbərlər
16.12.2017
“Keşlə”nin qış hazırlıq planı bəlli olub
16.12.2017
“Neftçi” legioner futbolçulardan biri ilə yollarını ayırdı
16.12.2017
“Səbail” qış fasiləsində 3 legionerlə yollarını ayıracaq
15.12.2017
Rəşad Sadıqov canlı əfsanə Totti ilə görüşdü
14.12.2017
Yunis Hüseynov:“Ona görə də bu gün uduzduq“

Şərh əlavə olunmayıb

Facebook-da
17.12
09:14
PSJ qalib gəldi
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info