“Kəpəz”in yeni baş məşqçisi Yunis Hüseynov komandaya təqdim edildi
Tarix: 21.11.2017 | Saat: 14:35:00 | Oxunub: 1134 | E-mail | Çapa göndər
Bu gün “Kəpəz”in yeni baş məşqçisi Yunis Hüseynov Bakıda komanda üzvlərinə təqdim olunub.

Futbolmedia.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, məşq prosesindən öncə keçirilən iclasda klubun icraçı direktoru Elnur Camalxanov baş verən dəyişikliklərdən bəhs edib. Daha sonra Y.Hüseynovu komanda üzvlərinə təqdim edərək ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Klub rəsmisi təcrübəli məşqçiyə inandıqlarını və onun “Kəpəz”i düşdüyü çətin vəziyyətdən çıxaracağına ümid etdiklərini bildirib.

Baş məşqçi vəzifəsinə təyinat alan Yunis Hüseynov isə çıxışında klub rəhbərliyinə etimada görə təşəkkürünü çatdırıb. O, komandanın hazırkı durumundan danışaraq səylə çalışmalı olduqlarını vurğulayıb. Hüseynov futbolçular, məşqçilər heyəti, texniki heyət, klub rəhbərliyi və azarkeşlərin birgə səyi nəticəsində bu vəziyyətdən çıxa biləcəklərinə inamını ifadə edib.




 
Bölməyə aid digər xəbərlər
16.12.2017
“Keşlə”nin qış hazırlıq planı bəlli olub
16.12.2017
“Neftçi” legioner futbolçulardan biri ilə yollarını ayırdı
16.12.2017
“Səbail” qış fasiləsində 3 legionerlə yollarını ayıracaq
15.12.2017
Rəşad Sadıqov canlı əfsanə Totti ilə görüşdü
14.12.2017
Yunis Hüseynov:“Ona görə də bu gün uduzduq“

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info