Kosovo millisinin məşqçisi:“Hər iki komanda bunu unutdurmaq istəyirdi“
Tarix: 15.11.2017 | Saat: 10:00:00 | Oxunub: 879 | E-mail | Çapa göndər
21 yaşadək futbolçular arasında Avro-2019-un seçmə mərhələsində bu gün Bakıda millimizlə heç-heçə edən Kosovo yığmasının baş məşqçisi Rafet Prekazi oyundan sonra mətbuat konfransında iştirak etməyib.

Futbolmedia.az
-ın məlumatına görə, buna səbəb onun ingilis və türk dilini bilməməsi olub. Onu mətbuat konfransında türk dilini bilən köməkçisi Ərdoğan Çelina əvəz edib. O, qarşılaşmanı belə şərh edib:

“Oyun çox yaxşı keçdi. Hər iki komanda yaxşı mübarizə apardı. Həm biz, həm də Azərbaycan yığması bundan əvvəlki matçda ağır məğlubiyyət aldı. Hər iki komanda bunu unutdurmaq istəyirdi. Oyun ərzində yaxşı qol epizodlarımız olsa da, dəyərləndirə bilmədik. Məncə, qeydə alınan nəticə hər iki tərəf üçün önəmlidi. Azərbaycan xalqına, federasiya rəhbərliyinə təşəkkür edirik, bizi çox yaxşı qarşıladılar. Biz də onları eyni cür qarşılayacağıq. Rəqibə qarşıdakı oyunlarda uğurlar diləyirəm”.




 
Bölməyə aid digər xəbərlər
25.11.2017
Kaka Çin klubuna keçdi
25.11.2017
“Qızıl buts“ Messinin oldu
24.11.2017
19 və 17 yaşadək qızlardan ibarət milli komandalarımızın rəqibləri açıqlandı
24.11.2017
Millimizin futbolçusu Dəniz Yılmaz “Bursaspor“dan getdi
24.11.2017
Dino Ndlovu Rumıniyanın ÇFR klubunun hədəfində

Şərh əlavə olunmayıb

Facebook-da
23.11
14:00
Maksim Medvedev:
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: [email protected]
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info