Samir Ələkbərov: “Vaxtında bilsəydim, Elnuru bazadan qovardım“
Tarix: 15.11.2017 | Saat: 09:14:00 | Oxunub: 1201 | E-mail | Çapa göndər
21 yaşadək futbolçulardan ibarət millimizin baş məşqçisi Samir Ələkbərov Avro-2019-un seçmə mərhələsində bu gün Kosovo ilə keçirilən oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Futbolmedia.az-ın məlumatına görə, o, qolsuz heç-heçə başa çatan oyunu şərh etməklə yanaşı, bir çox məqamlara da toxunub.

- Epizodların birində rəqibin baş məşqçisinə sərt reaksiya verdiniz. Bununla bağlı nə deyə bilərsiz?

- Hamınız məni səmimi insan kimi tanıyırsız. 3 aydı ki, anadan əmdiyim südü burnumdan gətirirlər. Hamınız boksa baxırsız. Ardıcıl 2 matçda noqdauna düşdük. Ondan sonra ayılmaq istəyirdim. Bu gün nəsə emosional reaksiya verdimsə, üzr istəyirəm. Rəqibin baş məşqçisi hər şeyə etiraz verirdi. Halbuki həmin epizodda qayda pozuntusu yox idi. Hər şey meydanda qaldı. Oyundan sonra da görüşdük.

- Elnur Cəfərov Almaniya ilə matçdan sonra bahalı avtomobillə fotosunu paylaşdı. Bu gün isə sosial şəbəkədə azarkeşi söhbətə çağırıb...

- Mənim bundan xəbərim olmayıb. İnternetdən istifadə etməmişəm. Almaniya ilə oyundan sonra necə otağa girmişəmsə, bu gün otaqdan çıxmışam. Elnur və bəzi oyunçular bundan öncə İslam Həmrəyliyi Oyunlarında da lotuluq etmək istəmişdilər. Sonra isə hərəkətlərinə görə üzr istəmişdilər.

- Elnur Cəfərov son hərəkətinə görə cəzalanacaqmı?

- Mütləq. Təkcə biz yox, klubu da onu cəzalandırmalıdı. Vaxtında bilsəydim, onu bazadan qovardım.

- Baş məşqçi kimi işinizi davam etdirməyi istəyirsizmi?

- Bütün məşqçilərimizə mənim kimi köməkçi olmağı arzulayıram. Mən buraya 3 oyunluq gəlmişdim. Böyükağa Hacıyevdən üzr istəyirəm. Amma nəyə görə belə etdiyimi demək istəmirəm. Özündən soruşarsınız, deyər. Almaniyada məni harada tuturdusa, deyirdi ki, qulaq as. Üzr istəyirəm ki, ona qulaq asmadım. Sağ olsunlar ki, iki məğlubiyyətdən sonra mənə millini üçüncü oyuna çıxarmağa imkan yaratdılar.

- Cərimə zərbələrindən komandanız çox pis istifadə edirdi. Bunu nə ilə izah edərdiniz?

- Mən nə qədər tapşırsam da, komanda meydanda öz bildiyini edirdi. Qərarı futbolçular verirdi. Tapşırıq verəndə təsdiq işarəsi göstərsələr də, yenə öz bildiklərini edirdilər. Rusca da, azərbaycanca da deyirdim, yenə xeyri olmurdu. Belə şeylərin üzərində işləmək üçün vaxt lazımdı.




 
Bölməyə aid digər xəbərlər
18.02.2018
Rəşad Sadiqov:“Qırmızı vərəqənin yeri yox idi“
17.02.2018
Ramin Musayev: “Tərlan Əhmədovun başını Ləzgi xəncəri ilə kəsəcəm”
17.02.2018
Samir Abasov :“ İmkanım olsaydı, əsas heyətdə özüm çıxardım“
17.02.2018
Tərlan Əhmədov:“ Amma etdiyimiz səhvlər matçın taleyini həll etdi“
12.02.2018
Yunis Hüseynov:“Onun artıq çəkisi yoxdur“

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info