Didiye Droqbanın futboldan gedəcəyi tarix məlum oldu
Tarix: 14.11.2017 | Saat: 16:15:00 | Oxunub: 1050 | E-mail | Çapa göndər
Kot-d-ivuarlı hücumçu Didiye Droqba futboldan gedəcəyi tarixi açıqlayıb.

Futbolmedia.az xəbər verir ki, ulduz futbolçu növbəti mövsüm butsılarını mismardan asacağını bəyan edib:

"Növbəti mövsüm mənim üçün son olacaq. Futbol oynamaq zövqlüdür, ancaq 39 yaşda əvvəlki kimi sürətli oynaya bilmirsiniz".

Droqba hazırda ABŞ-ın II Liqasında mübarizə aparan "Foniks Rizinq" klbunda çıxış edir. O, geridə qalan mövsümdə 14 oyun keçirib və 9 qol, 3 assistlə yadda qalıb. MLS 2-ci liqada yeni mövsüm 2018-ci ilin mart ayında başlayacaq və oktyabrda başa çatacaq.

39 yaşlı hücumçu "Marsel", "Çelsi" və "Qalatsaray" kimi klublarda top qovub.




 
Bölməyə aid digər xəbərlər
16.01.2018
“Barselona“ Rafinyanı satmayacaq
16.01.2018
Canlı əfsanəsi Pele ulduz futbolçularla bağlı danışdı
16.01.2018
“Real“ın ən yaxşısı Ronaldo oldu
16.01.2018
UEFA Superkubok üçün namizədlər açıqlandı
16.01.2018
“Trabzonspor“ Xose Sosanı rəsmən transfer etdi

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info