Samir Ələkbərov:“Futbolçular meydanda əziyyət çəkdiyi kimi, mən də çətinliklə üzləşirəm“
Tarix: 10.11.2017 | Saat: 09:15:00 | Oxunub: 1053 | E-mail | Çapa göndər
“Futbolçular meydanda əziyyət çəkdiyi kimi, mən də çətinliklə üzləşirəm.Səhvlərimiz var və bunun üzərində işləməliyik”.

Futbolmedia.az
-ıb məlumatına görə, bu sözləri Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Samir Ələkbərov Avro-2019-un seçmə mərhələsində Almaniya yığmasına 0:7 hesabı ilə uduzduqları oyundan sonra deyib. Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb.
- Komandada istək yox idi. Bu, nə ilə bağlı idi?

- Bəli, istək var idi, hazırlaşmışdıq, lakin bacarmadıq. Komanda birinci dəqiqədə qol buraxdığı üçün həvəsdən düşdü.

- Düşünmürsünüz ki, milliyə gəlişiniz düzgün deyildi?

- Kimsə bu yükün altına girməli idi. Təssüfflənmirəm.

- Yayılan xəbərlərə görə, futbolçularımız oyuna pul qoyuluşu ediblər. Bu məsələ ilə bağlı nə deyə bilərsiniz?

- Mən futbolçuların oyuna pul qoyuluşu edəcəyinə inanmıram. Mümkün deyil.

- Renat Dadaşov sanki oynamaq istəmirdi. Bu barədə nə deyə bilərsiniz?

- Onu böyük ümidlərlə komandaya dəvət etmişik. Demək olar ki, bütün futbolçulardan narazı qaldım.

- Kosovo ilə oyunda ciddi dəyişiklik gözlənilirmi?

- Gözlənilirdi. Amma indi paltardəyişmə otağı xəstəxanaya çevrilib. Bir neçə futbolçumuz əzələsini dartıb. Budaq, Renat, Bəhlulun zədəsi var.




 
Bölməyə aid digər xəbərlər
15.01.2018
Ruslan Abışov:“Millimizin baş məşqçisindən dəvət gözləyirəm“
13.01.2018
“Səbail“in hollandiyalı müdafiəçisi:“pis oynayanda insanlar mənə pis oynadığımı deməlidirlər“
13.01.2018
Ayxan Abbasov:“son iki matçda da zədə üzündən meydana çıxmamışdı“
11.01.2018
Tərlan Əhmədov:“Yaxın günlərdə ilk legioner düşərgəmizə gələcək“
20.12.2017
Qurban Qurbanov:“ İstərdim ki, bir yox, bir neçə qapıçımız olsun“

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info