Robert Prosineçki üçün daha bir iddia ortaya atıldı
Tarix: 09.11.2017 | Saat: 13:00:00 | Oxunub: 1142 | E-mail | Çapa göndər
Millimizdən ayrılan Robert Prosineçki üçün daha bir iddia ortaya atılıb.

Futbolmedia.az xəbər verir ki, Sloveniya yığması ilə danışıqlar aparıldığı söylənilən xorvatiyalı baş məşqçinin adı bu dəfə klubla hallanıb. 48 yaşlı mütəxəssisin Avstriyanın "Ştrum Qraz" komandası ilə danışıqlar masasında olduğu xəbərləri yayılıb. Bu barədə Xorvatiya mətbuatı məlumat yayıb. Məlumatda tərəflərin razılıq əldə etməyə yaxın olduğu qeyd edilib.

Qeyd edək ki, Prosineçki 2014-2017-ci illərdə millimizi çalışdırıb.




 
Bölməyə aid digər xəbərlər
25.11.2017
Kamran Ağayev oynadı, yenə bibırçı qollar buraxdı
24.11.2017
Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu Ronaldo oldu
24.11.2017
Braziliya millisinin ulduz futbolçusu həbs edildi
23.11.2017
Simeone:“Qarabağ”ın İtaliyada xal almasını gözləyirik”
23.11.2017
Antonio Konte:“ hakim düzgün iş görməli və qərəzsiz olmalıdır“

Şərh əlavə olunmayıb

Facebook-da
23.11
14:00
Maksim Medvedev:
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: [email protected]
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info