“Kəpəz“in futbolçusu:“Ona iradımız yox idi“
Tarix: 09.11.2017 | Saat: 08:39:00 | Oxunub: 981 | E-mail | Çapa göndər

"Rəqibin gücü hamıya bəllidir, ona görə də matça ciddi önəm verirdik. Oyuna olduqca səylə hazırlaşmışdıq. Qarşılaşmanın ilk 40 dəqiqəsi onlardan geri qalmadığımızı göstərdi.

Futbolmedia.az-ın məlumatına görə, bu sözləri “Kəpəz”in futbolçusu Azər Məmmədov Topaz Premyer Liqanın 11-ci turunun “Qarabağ”la oyunu haqda danışarkən deyib.

Klubun saytına açıqlama verən A.Məmmədov bildirib: “Birinci hissənin son 5 dəqiqəsini nəzərə almasaq, rəqiblə başa-baş oynadığımızı söyləyə bilərik. Fasiləyə kimi qısa vaxtda 2 top buraxmağımız komandanı sanki ruhdan saldı. Fikrimcə, uduzsaq da, pis çıxış etmədik. Komandanın oyununda irəliləyiş var, “Qarabağ” ilə görüşdə də bunu gördük. Razıyam ki, bəzən yaxşı oyun nümayiş etdirib nəticə qazanmaq olmur və yaxşı oynamağa görə də xal verilmir. Amma zamanla buna da nail olacağıq. Kollektiv olaraq özümüzə inamımız böyükdür. Oyunumuzu tapmışıqsa, tezliklə uğur da əldə edəcəyik. İnşallah, turnir cədvəlində sonuncu pillədən yaxa qurtaracağıq”.

Ağdam klubuna qarşı görüşdə “Kəpəz” penalti vurmaq imkanı qazansa da, hakimə yaxınlaşan Viktor Oseqeyl özünə qarşı qayda pozuntusunun olmadığını etiraf edərək hakimin qərarını dəyişdirib. A.Məmmədov həmin hərəkətə belə münasibət bildirib: “Viktora nə fasilədə, nə də ki, oyundan sonra heç nə demədik. Ona iradımız yox idi. Heç baş məşqçimiz də narazılıq etmədi. Hamı Oseqeylin qərarına hörmətlə yanaşdı. Düzdür, 11 metrlikdən istifadə edib qol vursaydıq, nəticə başqa cür də ola bilərdi. Penaltinin reallaşmaması hardasa psixoloji cəhətdən oyunumuza təsir etdi”.

Dayaq yarımmüdafiəçisi "Qarabağ"la oyunlarının pis alınmadığını bildirib: “Oyunum haqda özüm heç nə deyə bilmərəm. Yalnız mütəxəssislər və azarkeşlər buna qiymət verə bilər. Meydanda komanda üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışıram. Fikrim bundan sonra da yaxşı çıxış etməkdir. Çoxlu sayda azarkeş qarşısında oynayanda istər-istəməz məsuliyyət daha da artır. Fanatlarımızı məyus etmək istəmirik, bu bizə pis təsir edir. Xəbərim var ki, ətraf şəhər və rayonlardan da gəlib “Kəpəz”i stadiondan izləyənlər var. Elə sonuncu matçda bizim rayondan da gələnlər vardı. Tovuzda oynayanda atam həmişə oyunuma arenadan tamaşa edib, elə Gəncəyə də gəlib mənə dəstək olmağa çalışmışdı”.




 
Bölməyə aid digər xəbərlər
25.11.2017
“Qəbələ”ylə oyunöncəsi “Kəpəz”də 3 itki
23.11.2017
Dino Ndlovu: “Ola bilər ki, biz kiçik klubuq“
23.11.2017
Rövnəq Abdullayev: “Yəqin, qaydaları dəyişiblər“
22.11.2017
AFFA İntizam Komitəsi cəzaları açıqladı
21.11.2017
“Kəpəz”in yeni baş məşqçisi Yunis Hüseynov komandaya təqdim edildi

Şərh əlavə olunmayıb

Facebook-da
23.11
14:00
Maksim Medvedev:
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: [email protected]
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info