AFFA İntizam Komitəsi cəzaları açıqladı
Tarix: 08.11.2017 | Saat: 18:19:00 | Oxunub: 1093 | E-mail | Çapa göndər
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Futbolmedia.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatında 11-ci turun bir oyunu ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:

“Sumqayıt” – “Keşlə” matçında “Sumqayıt”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunub.

Oyunun 78-ci dəqiqəsində “Keşlə”nin futbolçusu Sərtan Taşkın ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 100 manat cərimə olunub.

Oyunun 84-cü dəqiqəsində “Sumqayıt”ın futbolçusu Elsevər Bəkirzadə hakimlər briqadasını təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb, klubu 1600 manat cərimə olunur.

Oyunun 85-ci dəqiqəsində “Sumqayıt”ın futbolçusu Ceyhun Rəcəbli aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 800 manat cərimə olunub.




 
Bölməyə aid digər xəbərlər
16.01.2018
“Keşlə” Kamerun millisinin sabiq üzvünü heyətinə qatdı
15.01.2018
“Qarabağ“ın “Kuban“la ilk oyununun vaxtı məlum oldu
14.01.2018
Muarem Muarem “Qarabağ“ın düşərgəsinə gəldi
13.01.2018
“Sumqayıt“ hazırlıqlara fasiləsiz davam edir
13.01.2018
“Kəpəz”in futbolçusu:“Heç kim arxayınlaşmamalıdır ki“

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info