Kiril Petrov:“Ancaq bəzi futbolçular təxribatla məşğuldular“
Tarix: 06.11.2017 | Saat: 13:23:00 | Oxunub: 1177 | E-mail | Çapa göndər
“Neftçi”nin müdafiəçisi Kiril Petrov Topaz Premyer Liqanın 11-ci turunda “Zirə”yə uduzduqları oyundan (0:1) sonra Futbolmedia.az-ın müxbirinin də iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb.
- Gərgin keçən oyun haqda fikirlərini öyrənək...

- Biz oyunun sonuna kimi hücum etməyə çalışdıq. Ancaq “Zirə” antifutbol oynadı. Cəmi bir səhv bizə baha başa gəldi və uduzduq.

- Bir müdafiəçi kimi bu qolda özünü nə dərəcədə günahkar hesab edirsən?

- Topun istiqamətini düzgün hesablamadım və tez tullandım. Məndən əvvəl meydanın mərkəzində də səhv olmuşdu. Ancaq əsas səhv məndədir.

- İkinci hissədə komanda yoldaşlarınla sanki bir gərginlik yaşadın.

- Sadəcə, emosiyanal idik. Oyundan sonra belə şeylər heç yada düşmür. Biz meydanda və ondan kənarda bir ailə kimiyik. Oyun zamanı belə hallar olur.

- Ardıcıl 4 qələbədən sonra liderlərlə qarşılaşırsınız. Birini uduzdunuz. Bundan sonra nə olacaq?

- Biz bu gün məğlub olsaq da, oyun baxımından rəqibdən geri qalmadıq. Gələcək oyunlarda da çalışacağıq ki, yaxşı çıxış edək və lazımi nəticəni qazanaq.

- Son dəqiqələrdə Milan Duriçlə aranızda nə baş verdi?

- Mən qaydalar çərçivəsində - topa oynadım. Ancaq “Zirə”nin balkanlı oyunçuları üstümə qışqırdılar. Mən də ona dedim ki, niyə qışqırırsan?

- Oyundan sonra o səninlə görüşmək istəsə də, bundan imtina etdin...

- Biz hamımız eyni işi görürük. Ancaq bəzi futbolçular təxribatla məşğuldular. Bu cür adamlarla görüşmək istəmirəm.




 
Bölməyə aid digər xəbərlər
18.02.2018
Rəşad Sadiqov:“Qırmızı vərəqənin yeri yox idi“
17.02.2018
Ramin Musayev: “Tərlan Əhmədovun başını Ləzgi xəncəri ilə kəsəcəm”
17.02.2018
Samir Abasov :“ İmkanım olsaydı, əsas heyətdə özüm çıxardım“
17.02.2018
Tərlan Əhmədov:“ Amma etdiyimiz səhvlər matçın taleyini həll etdi“
12.02.2018
Yunis Hüseynov:“Onun artıq çəkisi yoxdur“

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info