Ayxan Abbasov:“Hakimə barmaq silkələməmişəm“
Tarix: 06.11.2017 | Saat: 12:21:00 | Oxunub: 995 | E-mail | Çapa göndər
"Gərgin oyun oldu. Belə də gözləyirdik. "Neftçi” son oyunlarda yaxşı oyun sərgiləmişdi. Ancaq bu gün uşaqlara taktiki baxımdan nə tapşırmışdımsa, onu da yerinə yetirdilər. Futbolçularıma və azarkeşlərə təşəkkür edirəm".

Bunu "Zirə"nin baş məşqçisi Ayxan Abbasov evdə "Neftçi"yə 1:0 hesabı ilə qalib gəldikləri Topaz Premyer Liqasının XI tur matçından sonra mətbuat konfransında deyib. Gənc mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb...
- İkinci qol vurulduğu zaman hakimin ofsayd qərarına ona barmağınızı silkəməklə etiraz etdiniz...

- Barmaq silkələməmişəm. Əlimi qaldıraraq etiraz etdim. Məncə, orada ofsayd yox idi. Var idisə də, hakim qərarı çox gec vermişdi. Matçdan sonra isə hakimlərə yaxınlaşıb, təşəkkür etdim.

- Deməli, hakimlikdən razı qaldınız?..

- Kiçik səhvləri olsa da, ciddi narazılığım yoxdur.

- İlk 14-15 dəqiqə ərzində meydanın mərkəzini keçə bilmirdiniz. Bu, sizin tapşırığınız idi?

- Mərkəzi keçməsək də, oyuna nəzarət edirdik. "Neftçi”nin oyuna hücumlarla başlayacağını bilirdik. Buna görə, ilk dəqiqələrdən oyunu əks-hücumlar üzərində qurmuşduq.




 
Bölməyə aid digər xəbərlər
23.11.2017
Maksim Medvedev:
23.11.2017
Qurban Qurbanov:“Azərbaycan futboluna bu qədər kiçik baxırlar“
22.11.2017
Konte: “Qarabağ”la oyunun da çətin keçəcəyini düşünürəm”
21.11.2017
Qurban Qurbanov: “Sabah layiqli oyun göstərməyə çalışacağıq“
20.11.2017
Rəşad Sadiqov:“Kimləri layiq biləcəksə, komandaya götürəcək“

Şərh əlavə olunmayıb

Facebook-da
23.11
14:00
Maksim Medvedev:
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: [email protected]
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info