Uqo Barqas:“Təəssüf ki, alınmadı“
Tarix: 06.11.2017 | Saat: 11:11:00 | Oxunub: 1117 | E-mail | Çapa göndər
“Neftçi”nin hücumçusu Uqo Barqas Topaz Premyer Liqasının XI turunda “Zirə”yə 0:1 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Futbolmedia.az-ın məlumatına görə, təcrübəli forvard əvvəlcə oyun haqda fikirlərini açıqlayıb.

- Bilirdik ki, çətin oyun olacaq. Buna baxmayaraq, matça yaxşı başladıq. İlk dəqiqələrdən topu özümüzdə saxlayırdıq. Bu, bizdə yaxşı alınırdı. Təhlükəli vəziyyətlərimiz də oldu, lakin fərqlənə bilmədik.
- Ancaq həmin təhlükəli vəziyyətləri sənin ifanda görmədik...

- Əlbəttə, söhbət təkcə hücumçulardan getmir. Komanda şəklində imkanlarımız oldu. İlk 20 dəqiqədə rəqibdən üstün idik, təzyiq edirdik. Bura yaxşı nəticə üçün gəlmişdik. Təəssüf ki, alınmadı.

- Ardıcıl qələbələrdən sonra ilk "üçlük"də olan komandaya uduzdunuz. Demək olarmı ki, "Neftçi" hələ özünə gəlməyib?

- Rəqibimiz gücünü bilirdik. Xüsusən də ev oyunlarında yaxşı təsir bağışlayırlar. Bura inamla gəlmişdik və inamı itirmirik. Qarşıda fasilə var. İki həftəlik müddətdən istifadə etməyə çalışacağıq.

- Qoldan sonra oyununuzda eniş yarandı. Bu, nə ilə bağlı idi?

- Bu, zəif nöqtəmizdir. Üzərində işləməliyik. Son matçlardan fərqli olaraq bu dəfə məğlub duruma düşdük və bunun öhdəsindən gələ bilmədik.

- Qarşıda "Qəbələ" ilə oyununuz var. Həmin görüş haqda nə düşünürsən?

- “Qəbələ” ilə evdə, özü də təbii meydanda oynayacağıq. Fasilədən istifadə edib daha yaxşı hazırlaşacağıq.




 
Bölməyə aid digər xəbərlər
23.11.2017
Maksim Medvedev:
23.11.2017
Qurban Qurbanov:“Azərbaycan futboluna bu qədər kiçik baxırlar“
22.11.2017
Konte: “Qarabağ”la oyunun da çətin keçəcəyini düşünürəm”
21.11.2017
Qurban Qurbanov: “Sabah layiqli oyun göstərməyə çalışacağıq“
20.11.2017
Rəşad Sadiqov:“Kimləri layiq biləcəksə, komandaya götürəcək“

Şərh əlavə olunmayıb

Facebook-da
23.11
14:00
Maksim Medvedev:
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: [email protected]
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info