Qurban Qurbanov:“Kəpəz”in futbolçusu Viktor Oseqeylə təşəkkür edirəm”
Tarix: 06.11.2017 | Saat: 09:14:00 | Oxunub: 1362 | E-mail | Çapa göndər
"Gəncədəki oyunlarmız həmişə ağır olub. Çətin qələbə oldu”. Bunu "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov səfərdə "Kəpəz"i 2:0 hesabı ilə yendikləri Topaz Premyer Liqasının XI tur matçından sonra mətbuat konfransında deyib. Futbolmedia.Az xəbər verir ki,45 yaşlı mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb...
- Oyundan nə dərəcədə razı qaldınız?

- Qələbə qazansaq da, oyundan tam razı deyiləm. Ola bilər ki, futbolçularda yorğunluq var idi. "Kəpəz”in futbolçusu Viktor Oseqeylə təşəkkür edirəm. O, necə insan olduğunu göstərdi və penalti olmadığını dedi. Meydanın durumuna gəlincə, hər şey yaxşı idi. Sadəcə, bir az su vurulsaydı, daha yaxşı olardı.

- Pedro Enrike bu gün çox zəif çıxış etdi. Bunu yorğunluqla əlaqələndirmək olar?

- Oyununa görə onu əvəzlədim, geri qalırdı. Heç bir zədəsi yoxdur. İlk dəfədir Gəncədə oynayırdı, ola bilər ki, özünü rahat hiss etməyib.

- Gəncədə uşaq futboluna maraq çox azdır. Millinin baş məşqçisi kimi bu məsələyə münasibətiniz necədir?

- Açığı, hələ tam proqram üzərində düşünməmişik. Amma fikirləşirəm ki, AFFA buna diqqət yetirir. Təkliflər olsa, bunu irəli sürəcəyik. Gəncədə futbolçu özü yetişir və düşünürəm ki, diqqət daha çox olsa, yaxşı olacaq




 
Bölməyə aid digər xəbərlər
23.11.2017
Dino Ndlovu: “Ola bilər ki, biz kiçik klubuq“
23.11.2017
Rövnəq Abdullayev: “Yəqin, qaydaları dəyişiblər“
22.11.2017
AFFA İntizam Komitəsi cəzaları açıqladı
21.11.2017
“Kəpəz”in yeni baş məşqçisi Yunis Hüseynov komandaya təqdim edildi
21.11.2017
Rauf Əliyev də, komandasına kömək edə bilmədi

Şərh əlavə olunmayıb

Facebook-da
23.11
14:00
Maksim Medvedev:
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: [email protected]
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info