Həvəskarlar futbolu acınacaqlı durumda (LAYİHƏ)
Tarix: 05.11.2017 | Saat: 13:12:00 | Oxunub: 1014 | E-mail | Çapa göndər
Картинки по запросу Media komitəsi loqo



AFFA yanında Media Komitəsinin xətti ilə Futbolmedia.Az saytı həvəskarlar futbolu ilə bağlı layihənin 3-ci yazısını təqdim edir. Qeyd edirik ki, layihə AFFA Yanında Media Komitəsin tərəfindən maliyələşdirilir.

Həvəskarlar futbolu ilə bağlı layihələrimizi davam etdiririk. Müxtəlif araşdırmalarımız zamanı bilmədiyimiz və qaranlıq qalan problemləri üzə çıxardıq. Bu gün HFL-da çox böyük problemlərin olduğu sirr deyil. Addım – addım bu çatışmamazlıqları araşdırıb, içtimaətə çatdırırıq. Çox təəssüflər olsun ki, peşəkar futbola doğru gedən yolda gənc futbolçular çox çətinliklərlə üzləşirlər. Bu maneələr gənc istedadlı və gələcəyin ulduzu ola biləcək, yeniyetmələrin qarşısında böyük sədd çəkir. Təəssüflər olsun ki, araşdımalarımız zamanı AFFA-nın da həvəskar futbola ciddi dəstək olmadığını gördük. Həvəskar Liqada çıxış edən bir neçə komanda ilə əlaqə saxladıq. Rəhbərləri və baş məşqçilərini danışdırdıq. Problemin eyni yöndən qaynaqlandığına şahid olduq. Bildiyimizə görə UEFA Regionlar üzrə keçrilən turnirlər üçün müəyyə məbləğdə maliyə vəsaiti ayırır. Lakin araşdırmamız zamanı məlum oldu ki, bu maliyədən Həvəskarlar Liqasında çıxış edən komandalara çatmır. Bu azmış kimi AFFA hər bir həvəskar komandalardan, hər oyun üçün, üzvülük haqqı olaraq 15 manat pul alır. İki gün öncə öyrəndik ki, bu məbləğ 40 manata qədər artırılıb. AFFA-nın futbolun inkişafı dedikdə nəyi nəzərdə tuttuqlarını anlamaq çətindir. Hazırki futbolumuzun böyük maliyə sıxıntısında olduğu heç kimə sirr deyil. Əgər peşəkar, Birinci Divizion, klubları maliyə çətinlikləri qarşısında aciz qalırlarsa, bəs həvəskar komandalar nə etməlidir. UEFA-dan ayrılan vəsaitə Həvəskarlar Liqasında çıxış edən komandalar üçün top, forma, stadion pullarını ödəmək olmazdımı? Bax bütün bu amillər sual doğurur. Həvəskarlar Liqasında çıxış edən Liman komandasının təsisçisi ilə əlaqə saxladıq. Livan komandasının təsisçisi Adil Kazımzadə ilə müsahibəni təqdim edirik.




Adil bəy hazırda rəhbəri olduğunuz Liman həvəskar komandasını neçənci ildə yaranıb?

Liman həvəskarlar komandası 2016-ci ilin sentyabr ayında yaranıb. Bu komanda Bakını və Nərimanov rayonunu təmsil edir.

Komandanızın heyətində futbolçular xüsusən hansı yaşa malik futbolçulardan təşkil olunub. Yəni əsasən gənc, yoxsa, yaşları daha yuxarı olan oyunçulardı?

Açığıı deyim ki, xüsusən gənc yaşlı futbolçulara üstünlük vermişik. Ən gən oyunçumuz 2000-ci il təvəllüdlüdür. Ən yaşlı oyunçumuz isə 25 yaşa qədərdi. Kapitanımız Adəm Ağabalayevdir.

Liman komandasının yaranma təşəbbüsünü ilk olaraq kim irəli sürdü. Ümumiyyətlə, kimsə buna maddi və mənəvi dəstək oldumu. Yoxsa?

Ətrafımda futbolu sevən, özüm kimi gənc insanlar çox olduğu üçün, belə bir ideya yarandı. Kollektiv olaraq qərara gəldi ki, belə bir adda həvəskar komanda yaradaq. Və Həvəskarlar Liqasında çıxış edək. Buna görə AFFA-ya müraciət etdik. Onlar da bizi HFL-nın baş katibi Fizuli müəllimə yönləndirdilər. Bax beləcə komandamız Həvəskar Liqada çıxış etməyə başladı.

Keçən il Liman komandasının çıxışını necə dəyərləndirərdin?


Qrup şəklində keçrilən sistemdə Liman səkkiz komanda arasında 3-cü yer tutmuşuq. Ümumilikdə 1/8-ə vəsiqə qazandıq. Çox təəssüflər olsun ki, yarımfinalda Sumqayıtın Uğur komandasına texniki məğlubiyyətlə uduzduq. İlk oyunu səfərdə Uğurla(2:2) bərabərə qaldıq. Təkrar qarşlaşmada texniki məğlubiyyət aldıq.


Belə bir şans olan zaman texniki məğlubiyyətə niyə şərait yaratdınız. Tüexniki məğlubiyyət almanızın əsas səbəbi nə oldu?


Cavab qarşılaşmasında polis, həkim, olmadığı üçün texniki məğlubiyyət verildi. Həmin ərəfədə Azərbaycanda Formula-1 ralli yarışması keçrilirdi. Məhz buna görə polis daha vacib məsələlərlə məşğul olduğu üçün gəlməyəcəyini bildirdi. AFFA-nın HFL-nın əsasnaməsinin bəndində var ki, oyunlarda polis, həkim olmasa, həmin komandaya texniki məlubiyyət verilir. Yoxsa ki, finala kimi gedib çıxacağımıza ümüdümüz çox idi. Finalda qalib olan Uğur komandası çempion oldu. Bununla bağlı AFFA-ya şikayyət etsək də, şikayətimiz rədd olunub. Texniki məğlubiyyət qaçılmaz oldu.


Bildiyimizə görə, HFL-nın ilk turunun oyunlarını buraxmısınız. Bunun səbəbi nə idi?

Komandamızda müəyyən islahatlar aparıldı. Oyunçularımızın səksən faizi dəyişdi. Komanda yeni oyunçular dəvət olundu. Buna görə bir qədər gecikməmiz oldu. Yəni sənədləşdirmə işləri gec olduğu üçün ilk turu buraxmalı olduq. Hal hazırda bütün sənədləşdirmə işləri tamamlanıb. İnşallah növbəti turda iştirak edəcəyik.

Bir həvəskar komandanı saxlamaq nə dərəcədə çətindi. Ən azından nə qədər maliyə lazım olur?


Bilirsiniz, Həvəskarlar Liqasında stadion problemi çox böyükdür. Hər komandada bununla bağlı problemlər olur. Bu amil sırf maddi problemlərə gətirib çıxardır. Bizdə sponsor yoxdur. Bundan başqa toplar, formalar, və başqa şeyləri əlavə etmək olar. Hardasa, 300- 400 manat arası dəyişir. Yəni bu bir aya ərzində edir.

Bütün xərcləri təsisçi olaraq öhtənizə düşür. Yoxsa, oyunçularınız da, köməklik edir?

Biz kollektiv şəkildə buna qərar verdiyimiz üçün bir-birimizə dəstək oluruq. Açığını deyim ki, 70 faiz məbləğ mənim tərəfimdən ödənilir. Qalanlarını isə sağ olsun uşaqlar kömək edir. Olmasa da belə, bütün xərcləri özüm həll edirəm.



Sizə həvəskarlar komandası olaraq yerli İcra orqanları və ya başqa bir qurumlar dəstək olurmu?

Bizdə hal-hazırda iki kollektiv var. Biri Bakı Kəndlər və Qəsəbələr liqasında çıxış edir. Digəri də, bizik. Livan komandasına Nərimanov rayon gəclər idarəsi ərazisində stadion təminatı verilib. AFFA-nın turnirində isə stadion təminatı yoxdur. Yəni bütün xərcləri özümüz çəkirik.

Bilirsinizmi ki, ÜEFA Region futbolu Həvəskarlar Liqası üçün komandalara müəyyən məbləğ ayırır. Bu məbləğdən sizlərə bir şey çatırmı. Danışdıqlarınızdan belə başa düşdüm ki, görməmisiniz?

Açığını deyim ki, bundan xəbərimiz yoxdur. Bütün xərclər özümüz tərəfindən ödənilir. Yalnız hakimlər oyunlarımıza təyinat alır. Əgər belə bir şey olarsa, ölkə futbolumuza böyük təkan olardı. Lakin Həvəskarlar Liqasında bunu görməmişəm. Əksinə bizdən üzvülük haqqı alınır.

Aldığımız məlumata görə, Həvəskarlar Liqasında çıxış etmək üçün üzvülük haqqı 15 manatdan 40 manata yüksəlib. Bu doğrudur?

Biz hələ bu barədə eşitməmişik. Yəni bu il qeydiyyatdan gec keçdiyimiz üçün bizə hələ heç bir şey deməyiblər. Lakin bu belə olarsa, çox çətin olacaq. İstər-istəməz həvəskar komandalara maddi çətinliklər yarada bilər. Onsuz da maddi baxımından pis durumdayıq. Hər oyun başına üzvülük haqqı 40 manat olarsa, çox çətinliklər yaranacaq. Bəlkə də bir çox komandalar Həvəskar Liqada iştirak etməkdən imtina edə bilər.

Liman komandasında Birinci Divizionda, Premyer Liqada çıxış edə biləcək xüsusi istedadlı futbolçular varmı? Ümumiyyətlə, Həfəskarlar Liqasında çıxış edən oyunçuları nəzərdə tuturam?

Əlbəttə ki, var. O, qədər istedadlı uşaqlar var ki, rahat şəkildə Birinci Divizionda çıxış edə bilər. Hətta Premyer Liqada da, oynamaq qabiliyətinə malikdirlər. Elə Liman komandasında bir neçə nəfəri misal çəkə bilərəm. Məsələn, Aliyev Samir, Mustafazadə Heydər, ən azından Birinci Divizionda rahat oynaya bilərlər. Biri sol müdafiəçi, digəri isə sağ yarımmüdafiəçidir.

Liman həvəskarlardan ibarət komandasını yaradan zaman arzunuz nə olub. Komandanı yaratmaqda əsas məqsədiniz nə olub?

Əsas Məqsədimiz, istedadlı gənclərimizi üzə çıxartmaqdır. Bilirsiniz, nə qədər belə istedadlı gənclərimiz var. Hansı ki, onların üzə çıxması, tanınması müşkül məsələdir. Gərək adamın olsun, yaxşı pulun olsun, bu işdə sənə dəstək verən şəxslər olsun. Elə ona görə də, fikirləşdik ki, nəsə etmək lazımdır. Xeyli sayda, istedadlı uşaqlar istedadını küçə futbolunda xərcləyir. Baxan, bilən, görən də olmur. İnanırıq ki, futbol içtimaətinin diqqətini Həvəskarlar Liqasına yönəldə biləcəyik. Əlbəttə ki, mətbuatın dəstəyi ilə bunu bacara bilərik.

Əli HƏYATİ








 
Bölməyə aid digər xəbərlər
20.11.2017
Futbol sevgisi olub futbol komandası olmayan Goranboy (LAYİHƏ)
14.11.2017
Sumqayıtın “Uğur“ çubuğu“ (LAYİHƏ)
27.10.2017
AHFF-nın baş katibi Füzuli Nəcəfov:“Həvəskarlar Liqasında ən böyük problem stadionun olmamasıdır“ (LAYİHƏ)
22.10.2017
Həvəskarlar futbolu və Bərdə komandasında hazırki durum (LAYİHƏ)
27.09.2017
Uşaq liqaları U-14, U-16, U-17 (LAYİHƏ)

Şərh əlavə olunmayıb

Facebook-da
23.11
14:00
Maksim Medvedev:
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: [email protected]
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info