Kamran Ağayev qovuldu
Tarix: 05.11.2017 | Saat: 09:44:00 | Oxunub: 2122 | E-mail | Çapa göndər

Millimizin futbolçusu Kamran Ağayevin şərəfini qoruduğu "Mlada Boleslav" Çexiya çempionatında növbəti oyununa çıxıb.

Futbolmedia.az
-ın məlumatına görə, komanda 13-cü turda səfərdə "Ostrava" ilə qarşılaşıb və minimal hesabla qalib gəlib - 1:0.

"Ostrava" - "Mlada Boleslav" - 0:1
Qol: Mingazov, 14

K.Ağayev oyun start heyətdə daxil olub. Ancaq o, görüşü sonadək davam etdirə bilməyib. Əvvəlcə qarşılaşmanın 73-cü dəqiqəsində hakimə yersiz etiraza görə sarı vərəqə ilə cəzalandırılan Kamran bundan iki dəqiqə sonra vaxtı uzatdığı üçün ikinci dəfə xəbərdarlıq alıb və meydandan qovulub.

Qeyd edək ki, "Mlada Boleslav" 13 turdan sonra 17 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.




 
Bölməyə aid digər xəbərlər
25.11.2017
Premyer Liqanın oyunları canlı yayımda
24.11.2017
UEFA-nın yeni reytinq sıralamasında Azərbaycan neçənci oldu?
24.11.2017
Terkiyə millimizi məğlub etdi
22.11.2017
Miçel: Bunun üçün “Çelsi“dən xal almalıyıq“
20.11.2017
UEFA 6 klubumuza pul ayırdı

Şərh əlavə olunmayıb

Facebook-da
23.11
14:00
Maksim Medvedev:
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: [email protected]
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info