AHFF-nın baş katibi Füzuli Nəcəfov:“Həvəskarlar Liqasında ən böyük problem stadionun olmamasıdır“ (LAYİHƏ)
Tarix: 27.10.2017 | Saat: 14:30:00 | Oxunub: 718 | E-mail | Çapa göndər
Картинки по запросу Media komitəsi loqo


AFFA yanında Media Komitəsinin xətti ilə Futbolmedia.Az saytı həvəskarlar futbolu ilə bağlı layihənin 2-ci yazısını təqdim edir. Qeyd edirik
ki, layihə AFFA Yanında Media Komitəsin tərəfindən maliyələşdirilir.



Həvəskarlar Liqasında artıq ilk turun oyunları baş tutub. Aldığımız məlumata görə turnirdə çox az komanda iştirak edib. Bir çox komandalar 2017-ci il üçün hələ ki, qeydiyadan keçməyib. Əlbətdə ki, belə hallar heçdə ürəkaçan deyil. Turnirin ilk oyununda 10 komanda iştirak edib. Digər komandaların iştirakı hələ də, sual altındadır. Problemlərin nədən qaynaqlandığını müəyyən etmək üçün araşdırmalar apardıq. Keçən mövsümdən fərqli olaraq hələ ki, Həvəskarlar Liqasında komandaların sayı kəskin şəkildə azlalıb. Aldığımız məlumata görə 2016-2017 il Həvəskarlar Liqasında 35 komanda iştirak edib. Lakin bu mövsüm üçün komandaların sayı məyyən edilməyib. Bütün bunlara aydınlıq gətirmək üçün Azərbaycan Həvəskar Futbol Federasiyasının baş katibi Füzuli Nəcəfovla əlaqə saxladıq. Həmsöhbət zamanı bir çox qaranlıq məsələlərə aydınlıq gətirdik. AHFF-nın baş katibi Füzuli Nəcəfovla müsahibəni sizə təqdim edirik.



Fizuli müəllim AHFF-nın baş katibi olaraq neçə ildi bu postda çalışırsınız?

AHFF-nın baş katib vəzifəsində 2004-cü ildən çalışıram. Bu heçdə az bir müddət deyil. Və inandırım sizi ki, çox çətin və məhsuliyyətli bir işdə çalışıram.


İşin içində olan bir şəxs kimi, həvəskar futbolun hazırki durumu, inkişafı, haqda nə deyə bilərsiniz?


Картинки по запросу Həvəskar Liqası


Əvvəlki illərdə komandaların sayı 42, 40, 38 komamnda olurdu. Yəni ən azı 35 komanda olurdu. Keçən il bizim liqada 35 komanda mübarizə aparırdı. Bircə fərq ondadır ki, əvvəllər region komandaları daha çox üstünlük təşkil edirdi. Lakin indi durum tam başqadır. İndi daha çox paytaxt komandaları çıxış edir. Həmin region komandaları Ağdaş, Göyçay, Sabirabad, Masallı, Səlyan və sonradan isə Mingəçevir, Bərdə, Fizulu, Saatlı, Nefçala, Quba, Xaçmaz regionları da, liqamıza qoşuldular. Bir sözlə region komandaları üstünlük təşkil edildi.

Bəs nə oldu ki, bu regionların həvəskar komandaları azlıq təşkil edir?

Yəqin ki, maliyə baxımından baş verən sıxıntılardan xəbardarsınız. Hardasa, 2015-ci ildəki maliyə çtinliklərindən sonra region komandalarının sayı xeyli azaldı.

Bəs 2017-2018-ci il üçün sizə Həvəskar Liqasında iştirak etmək üçün cəmi neçə komanda müraciət edib?

Hazırki siyahıda 53 komanda bizə müraciət etmişdir. Lakin onun həvəskarlar liqasında neçəsi iştirak edəcəyi bəlli deyil. AFFA-da Qeydiyyat Departamentindən keçmələri lazımdır. Onların hansılarının standartlara cavab verəcəyini müəyyənləşdirdikdən sonra bizə məlumat verilir. Yəni, hansı komandalar qeydiyyatdan keçib.

Komandaların belə az qeydiyyatdan keçməsinin əsas səbəbi nədir. Yəni nə maneə olur?

Onlarında müəyyən qaydalara cavab verməsi lazımdır. Onlarında tətbiq etdiyi öz qaydaları və standartları var. Biz keçən bazar Həvəskarlar Liqasının ilk turuna start verdik. Həmin qrupun üç oyunu baş tutdu. Mn neçə ildi bu işin içindəyəm. Və sizə təcrübəmdən deyə bilərəm ki, çətini liqaya start verməkdir. Ondan sonra komandalar özləri maraqlı olur. Yəni sənədləşdirmə işlərini tezləşdirirlər. Problem komandaların sənədləşdirmə məsələsindədir. Çünki artıq bu işlər onlayn sistemi ilə həyata keçrilir.

Похожее изображение

Məncə əsas problem bu deyil. Bildiyimizə görə, Region Liqası yaranır. Həmçinin liqanın qalibinə kifayyət qədər pul mükafatı ayrılır. Bu üzdən region klubları həmin bu yarışmada iştirak etmək üçün çan atırlar. Və buna görə komandaların sayı həvəskarlar liqasında azalır. Bəs siz necə düşünürsünüz?

Açığını deyim ki, region klubları əvvəlcədən bizə müraciət etmişdilər. Lakin, Region Liqası yarandığı üçün həmin bizə müraciət edən komandalar gözləmə mövqeyində durublar. Artıq Region Liqası ilə bağlı əsasnamə açıqlandı. Göydaş, Ağdaş, Masallı, Mingəçevir, Qazax, Yevlaxı təmsil edəcəklər. Bakı komandalarından olan Tufan, Uğur, komandaları çox güman ki, Region Liqasında iştirak edəcəklər. Kimə hara sərf edirsə, ordada iştirak edir. Hər ikisi də, AFFA-nın xətti ilə olur.


Bilirik ki, həvəskar futbolunda Gəncə, Ağdaş, Mingəçevir futbolu çox maraqla izlənilib. Hətta keçən il Ağdaş komandasının oyunlarını izləmək üçün yerli sakinlər ciblərindən pul verib bilet alırdılar. Bundan xəbəriniz varmı? Və bu il niyə Ağdaş komandası Həvəskarlar Liqasında iştirak etmir?

Keçən il Ağdaş komandası liqamızda iştirak edirdi. Lakin bu il hələ ki, bir xəbər yoxdur. Bizə müraçiət ediblər. Lakin hələ ki, danışıqlar gedir. Yəqin ki, noyabr ayının 10-na kimi hər şeyə aydınlıq gələcək. Ancaq Ağdaş komandasının oyunlarına bilet alınma məsələsinə mənim xəbərim yoxdur. Mən bildiyimə görə yerli sakinlər ciblərində komandaya maddi dəstək olublar. Lakin belə bilet satılmayıb. Kimin nəyə gücü çatırsa, köməklik edirlər. Bir növ, açıq qapı olur. Kim nə bacarırsa, onuda kömək edir. Və bu, pulla da komanda səfər xərclərini, formaları, yemək, top və başqa şeylərə istifadə edirlər.


İllərdi bu işin içində olan bir şəxsiniz. Hazırki durumda həvəskarlar komandalarına sponsorların az cəlb olunması haqda nə deyə bilərsiniz. Bu problemin kökündə nə durur?

İlk növbədə, maliyə problemi durur. Sponsor demək olar ki, yox dərəcəsindədir. Bizdə keçən il liqamızda Uğur komandasının sponsoru vardı. Bax onların bildiyimə görə, yaxşı sponsorları elə indi də var. Bütün xərclərini öz üzərlərinə götürürlər. Sanki peşəkar klub kimi saxlanılır. Bu komandalar yarışa gələndə zövq verir. Elə bil ki,əsl Premyer Liqa klubudur. Başqa biri Tufan komandasıda var. Onların da, maddi durumu yaxşıdır. Lakin bu komandalar hər ikisi paytaxtı təmsil edir. Yəni region komandaları yoxdur. Qalan komandalar hamısı futbolçuların öz gücünə saxlanılır. Hər hansı oyuna gələn zaman, meydançanın icarə pulunu onlar öz çiblərindən verir.

Картинки по запросу Həvəskarlar Liqası

Bəs AFFA-nın həvəskar futbola nə kimi köməkliyi olur?

Bu yarışlar AFFA və SFİBF federasiyası ilə birgə razılaşdırılır. AFFA bütün oyunlara död hakim göndərir. Həmin hakimlərin qonararını özləri verir. Və həmçinin, ezamiyyət xərclərini ödəyir. AFFA bundan artıq bizə nə etməlidir axı. Həvəskar komandaya forma alan deyil, top alan deyil, stadion təşkil edən deyillər ki?


Məncə, çox köməkliyi dəyə bilər. Ölkə başçısının Azərbaycanda futbolun inkişafına dair illər öncə imzaladığı sərncam var. Buna əsasən hərəkət etsələr, bir çox problemlər olmaz. Məsələn, regionlarda ot örtüyü, soyunub-geyinmə otağı, duş kabinələri var. Onların çoxu bərbad, yararsız, vəziyyətə düşüb. Həmin stadionları yüngülvari təmir etsələr dünya dağılmaz ki? Bax həmin stadionlar minlərlə azarkeş tutumuna malikdir. Həvəskar komandalar da, ev oyunlarını öz meydanlarında böyük azarkeş auditoriyası qarşısında keçirər. Pullarıda çox çıxmaz. Bax beləcə bölgə futboluna və inkişafına xeyli kömək olarlar. Belə olsa piz olmaz ki?


Əlbəttə ki, bölgədə futbol hər zaman aktiv olub. Oyunların hamısı demək olar ki, anşlaqla keçib. Lakin hamısına pul ayırmaq çətin olar. Lakin belə olsa çox əla olardı. Bir söz deyim ki, bu yolda Gənclər və İdman Nazirliyi də, köməklik etməlidir.


Azərbaycan futbolunun inkişafına dair imzalanmış sərancamda konkret AFFA və GİN deyilməyib. Hər iki qurum bu yöndə öz köməkliyini göstərməlidr. İnkişaf istəyiriksə, qurumlar birləşib yardımçı olma bilməzmi?

Sözsüz ki, bölgələrdə baxımsız qalan meydançalar təmir edilsəydi çox əla olardı. Lakin bir şeyi başa düşmək olar ki, çox çətin olur. Baxın, Lənkəran stadionu, Şəmkir stadionundan xəbəriniz varmı?

Bəs sizin Gəncə Şəhər stadionun yeni ot örtüyündən xəbəriniz var? Görürsünüz necə istəsələr yüksək səviyyədə işlər görə bilirlər. Çox qısa bir zamanda həyata keçirdilər. Digər bölgələrdə stadionların laızmı yerlərini təmir edə bilərlər. Ən azında istəmək, maraqlı olmaları kifayyət edir. Pula gəlincə isə il ərzində milyonlarla manat ayrılır. Bəs buna nə deyirsiniz?

Bizdə ən böyük problem elə stadion problemidir. Elə Bakını götürsək qabarıq şəkildə bunu görə bilərik. Bizdə istəyərik ki, bölgələrdə əla stadionlarımız olsun. Hamısı təmir olunsun. Regionların pis-yaxşı stadionları var. Soyunub-geyinmə otağı, duş kabinələri, pis durumda olsa da, stadionları var. Lakin Bakıda bununla bağlı vəziyyət acınacaqlıdır. Oyunları keçirmək üçün stadionlar tapa bilmirik. Hara söhbəti fırladırsan, maliyəyə gedib dəyir. Stadion var ki, saatı 90 manatdır. Ən azı 2 saat oyn keçriləcək. Bu eləyir 180 manat. Qrupda altı oyun olsa, bu edir 900 manat. Bu qədər böyük vəsaiti tapmaq çətin məsələdir. Mən hələ üzvülük barəsində söhbət etmirəm. Çoxlarına biz üzvülük haqqında ödənişlərdə güzəştlər edirik. Pulları yoxdur durub deməyəcəyik ki, futbol oynamayın, çıxın gedin pis-pis işlərlə məşğul olun. Bu komandalara güzəştlər edirik. Stadionlarımızı barmaqla sayırsan. “Şağan Olimpia Kompleksi”,”Sərhətçi”, Qaraçuxurda “Rəvan Baza, “Milli Aviyasiya” stadionunu saymaq olar. Əvvəllər “Milli Aviyasiya” stadionunda çox oyunlar keçirirdik. Lakin sonradan kiçik yaş qrupları orada məşq etməyə başladı. Buna görə, həmin stadiona komandaların gücü çatmadı. Yenədə maddi məsələ önə gəlir. Bəs bu yazıq gəclər futbol oynamasın. Hərəsi cibindən pul qoyub stadionun icarə haqqını ödəyir. Baxın bizim AHFF-ınn bir özünə məxsus stadionu olsa, 20 yox, 40 komanda toplayaram. Çünki, ən böyük problem stadiondur. Komandalara deyirsən gəlirsiniz, əliniz cibinizdə oynayıb, çıxıb gedirsiniz. Həkim, polis, stadion, təşkil edirəm. Gəlin oynayın, çimin, çıxıb gedin. Bilirsiniz, nə qədər komandalar yaranar. Çoxlu sayda gəcləri futbola cəlb etmək olar. Futbolumuzun inkişafına böyük təkan olar. Göyçay komandasına bir vaxtlar Az Qranat şirkəti sponsorluq edirdi. Lakin onlar da, komandanı yarımçıq qoydular. Bilmədim sonrada nə baş verdi. Həvəskarlar komandalarında durum acınacaqlıdır. Bilirsiniz bölgələrdə futbola necə çox maraq var. Baxın bölgələrdə Bakıdakı kimi gəzməli, əyləncəli, maraqlı yerlər azdır. Demək olar ki, yoxdur. Onların ən çox maraqları futbola olur. Futbol oyununun baş tutacağı günü səbirsizliklə gözləyirlər. Məslən, bilirlər ki, ayda iki dəfə komandaları iki oyun keçirəcəklər. Həmin oyunları çox səbirsizliklə gözləyirlər. Məsələn, Ağdaş komandasının oyununu ən azı 2-3 min adam izləyir. Hələ mən ən azını götürürəm. Azərbaycanı qarış –qarış gəzmişəm. Həqiqətən bölgələrdə futbol günü toy-bayram olur. Millət axışıb futbola gəlir. Saatlı rayonunun Adıgül komandası vardı. Mexseti türkləri idi. Həmin dövürdə mən İsgəndər Cavadov bu komandanın oyunlarında iştirak edirdik. İnanın həmin futbol günü 5-6 min azarkeş gəlirdi. Özüdə, oyunlar məktəb stadionunda keçrilirdi. Yəni azarkeşlərin oturması üçün tribuna yox idi. İpdən dairəvi şəkildə baryer qururdular ki, azarkeşlər daxil olmasın. Yəni dairəvi şəkildə azarkeşlər futbol oyununu izləyirdilər. Maraq həddindən artıq böyük olurdu. Ən çox azartkeş ordusu bu komandanın oyunlarında görürdüm. Hardasa, 5-6 min adam olurdu. Demək olar ki, bir kəndin sakini edirdi. Həmin gün toy bayram olurdu. Somavar qoyan kim, çay dəmliyən və başqa gözəl şeyləri misal çəkmək olar. Həmin komandanın ən yaxşı oyunçusu elə Koçəliyev Rafiq oldu. Sonradan İmişli komandasında oynamışdı. Hətta Koçaliyev Rafiqi biz İtaliya, Litva, ölkələrinədə aparmşdıq. Əlbəttə ki, regionların xətti ilə getmişdi.

Sonuncu dəfə UEFA-nın turnirində nə vaxt iştirak etmisiniz və neçənci yer tutdunuz?

Biz UEFA-nın Region Cup turnirində keçən il iştirak etdik. Biz Şərur həvəskar komandası ilə keçən il Macarıstana bu turnirə yollandıq. Qrupun 3 oyunun üçünüdə uduzduq. Həmin turnirdə 32 komanda olur və səkkiz qrupa bölünür. Hər qrupda dörd komanda olur. Qrupun qalibləri başqa bir turnirə vəsiqə qazanır. Finala bizim qrupdan Zaqreb komandası getmişdir. Həmin turnirin finalı 2017-ci ildə olmuşdu. Final Türkiyədə keçirilmişdi. Bizim qrupun qalibi 2017 ildə UEFA-nın Region Kubokunun qalibi olub. Bizim Salyanın Qaraçala komandası Litvada qrupda birinci yer tutmuşdu. Sonra getmişdik İtaliyada final mərhələsində iştirak etmişdi. Turnirdə yekun olaraq 8-ci yer tutduq. Bu elədə pis nəticə deyildi. Deməli, 32 komanda arasında 8-ci yeri tutduq.

AHFF-nın baş katibi olaraq nə arzu edərdiniz?

Birinci arzum odur ki, regionlarda keçrilən liqada komandaların sayı daha çox olsun. Ən əsası onlar üçün yaxşı şərait yaradılsın. Ən azı adi və normal şərait yaranmasını istərdim. Ən böyük istəyimiz stadionlarımızın olmasıdır. Yəni nə qədər çox olarsa, futbolumuzun inkişafı daha sürətli gedər. Stadionların daha çox olmasını arzu edərdim. Həvəskar Liqasında çıxış edən komandaların yaxşı sponsorlarının olmasını arzulayıram. Bax ölkə futbolunun inkişafı naminə istedadlı gənclər daha çox yetişər.

Əli HƏYATİ















 
Bölməyə aid digər xəbərlər
20.11.2017
Futbol sevgisi olub futbol komandası olmayan Goranboy (LAYİHƏ)
14.11.2017
Sumqayıtın “Uğur“ çubuğu“ (LAYİHƏ)
05.11.2017
Həvəskarlar futbolu acınacaqlı durumda (LAYİHƏ)
22.10.2017
Həvəskarlar futbolu və Bərdə komandasında hazırki durum (LAYİHƏ)
27.09.2017
Uşaq liqaları U-14, U-16, U-17 (LAYİHƏ)

Şərh əlavə olunmayıb

Facebook-da
23.11
14:00
Maksim Medvedev:
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: [email protected]
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info