Boksçularımız yarımfinala yüksəldi
Tarix: 25.10.2017 | Saat: 10:32:00 | Oxunub: 999 | E-mail | Çapa göndər
Türkiyənin Antalya şəhərində gənc boksçular arasında keçirilən Avropa birinciliyində 1/4 final mərhələsinə start verilib.

Azərbaycan Boks Federasiyasından Futbolmedia.az-a verilən məlumatına görə, mərhələnin ilk günündə Azərbaycan millisinin 3 üzvü rinqə çıxıb. Onlardan ikisi yarımfinala yüksəlməklə, ən azı bürünc medalı da təmin ediblər.

81 kq çəki dərəcəsində gücünü yoxlayan Surət Qarayev 1/4 finalda Konrad Kajmarkeviçlə (Polşa) döyüşüb. Görüş boksçumuzun 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qarayev 1/2 finalda rusiyalı Ruslan Kolesnikovla qüvvəsini sınayacaq.

Yığmamızın ən ağır çəkili boksçusu Məhəmməd Abdullayev (+91 kq) də ikinci qarşılaşmasını xeyrinə bitirib. O, 1/4 finalda rumıniyalı Emanuel Mikanı mübarizədən kənarlaşdırıb. Abdullayev ilk döyüşündə olduğu kimi bu dəfə də nokautla qələbə qazanıb. Təmsilçimiz final üçün xorvatiyalı Yosip Biletiçlə üz-üzə gələcək.

Qarayevlə Abdullayevdən fərqli, Nicat Həsənov 1/4 final səddini keçə bilməyib. 69 kq çəki dərəcəsində yarışan həmyerlimiz Qabriel Dossenə (İrlandiya) 0:5 hesabı ilə məğlub olub.

Sabah başa çatacaq 1/4 finalda daha 4 boksçumuz mübarizə aparacaq.

Qeyd edək ki, yarımfinal mərhələsinin döyüşləri oktyabrın 27-də olacaq.




 
Bölməyə aid digər xəbərlər
10.11.2017
Futzal üzrə Azərbaycan millisi turnirdə iştirak edəcək
08.11.2017
“Araz” bu dəfə büdrədi
07.11.2017
Şəhriyar Məmmədyarov:“Bu, inanılmaz bir şeydir“
28.10.2017
Millimiz İspaniyaya qarşı (ONLAYN)
26.10.2017
Daha 2 boksçumuz Avropa çempionatının yarımfinalında

Şərh əlavə olunmayıb

Facebook-da
23.11
14:00
Maksim Medvedev:
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: [email protected]
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info