Cüdoçumuz Hidayət Heydərov dünya çempionu oldu
Tarix: 20.10.2017 | Saat: 11:41:00 | Oxunub: 918 | E-mail | Çapa göndər
Xorvatiyanın paytaxtı Zaqreb şəhərində gənc cüdoçular arasında keçirilən dünya birinciliyi davam edir.

Futbolmedia.az-ın məlumatına görə, mötəbər yarışın ikinci günü də Azərbaycan millisi üçün uğurlu olub.

73 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Hidayət Heydərov Yaponiya, İtaliya, Qazaxıstan, Gürcüstan və Türkiyədən olan rəqiblərinə qalib gələrək fəxri kürsünü ən yüksək pilləsinə çıxıb. Azərbaycan cüdoçusuna dünya birinciliyinin qızıl medalı təqdim olunub və Zaqrebdə onun şərəfinə dövlət himnimiz səsləndirilib, üçrəngli bayrağımız qaldırılıb.

Qızların yarışında, 52 kq çəki dərəcəsində mübarizə aparan Nəzakət Əzizova isə dünya birinciliyinin bürünc medalını qazanıb. Mərakeş, İspaniya, Rumıniya, Monqolustan cüdoçularına qalib gələn Nəzakət yalnız yapon rəqibinə uduzaraq 3-cü yeri tutub.

Xatırladaq ki, yarışın ilk günü Natiq Qurbanlı (55 kq) və Kəramət Hüseynov (60 kq) gümüş medal əldə ediblər.

Qeyd edək ki, 83 ölkədən 590 idmançının (346 oğlan, 244 qız) mübarizə apardığı mötəbər birincilikdə Azərbaycan milli komandası 15 cüdoçu (10 oğlan, 5 qız) ilə təmsil olunur.




 
Bölməyə aid digər xəbərlər
10.11.2017
Futzal üzrə Azərbaycan millisi turnirdə iştirak edəcək
08.11.2017
“Araz” bu dəfə büdrədi
07.11.2017
Şəhriyar Məmmədyarov:“Bu, inanılmaz bir şeydir“
28.10.2017
Millimiz İspaniyaya qarşı (ONLAYN)
26.10.2017
Daha 2 boksçumuz Avropa çempionatının yarımfinalında

Şərh əlavə olunmayıb

Facebook-da
23.11
14:00
Maksim Medvedev:
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: [email protected]
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info