“Araz“ın baş məşqçisi:“Halbuki onları qola çevirmək lazım idi “
Tarix: 15.10.2017 | Saat: 14:01:00 | Oxunub: 1082 | E-mail | Çapa göndər
“Pis oynadığımızı deyə bilmərəm. Əksinə, komandam rəqibdan üstün oyun nümayiş etdirdi. Təəssüf ki, yenə bəsit səhvlərə yol verdik və asan qollar buraxdıq".

Futbolmedia.az
-ın məlumatına görə, bu sözləri "Araz"ın baş məşqçisi Alesio da Silva UEFA kubokunun əsas mərhələsinin son turunda Rumıniya çempionu “Deva”ya 3:6 hesabı ilə uduzduqları oyundan sonra deyib.

Azərbaycan Futzal Federasiyasının rəsmi "Facebook" səhifəsinə danışan braziliyalı mütəxəssis yaratdıqları epizodları sağa-sola xərclədiklərini bildirib :"Halbuki onları qola çevirmək lazımdı ki, sonra qələbəni biz bayram edək. Həm də rəqibin heyətində təcrübəli futzalçılar yer alıb və onlar uzun müddətdir bir komandada çıxış edirlər. Meydanda anlaşma baxımından “Deva”nın üzvləri yaxşı mənada seçilirdilər”.

Qeyd edək ki, "Araz" bu məğlubiyyətdən sonra turnir cədvəlində ikinci pilləyə düşərək elit-raunda vəsiqə qazana bilməyib.




 
Bölməyə aid digər xəbərlər
10.11.2017
Futzal üzrə Azərbaycan millisi turnirdə iştirak edəcək
08.11.2017
“Araz” bu dəfə büdrədi
07.11.2017
Şəhriyar Məmmədyarov:“Bu, inanılmaz bir şeydir“
28.10.2017
Millimiz İspaniyaya qarşı (ONLAYN)
26.10.2017
Daha 2 boksçumuz Avropa çempionatının yarımfinalında

Şərh əlavə olunmayıb

Facebook-da
23.11
14:00
Maksim Medvedev:
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: [email protected]
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info