“Araz“ liderliyi əldən verdi
Tarix: 15.10.2017 | Saat: 12:14:00 | Oxunub: 1046 | E-mail | Çapa göndər
Azərbaycan çempionu “Araz” bu gün futzal üzrə UEFA kubokunun əsas mərhələsində qrupda son oyununu keçirib.

Futbolmedia.az xəbər verir ki, təmsilçimiz Rumıniya çempionu “Deva” ilə qarşılaşıb.

Qrup lideri olan komandamızı elit-raunda yüksəlmək üçün heç-heçə də qane edirdi. Ancaq bu görüşdə "Araz" 3:6 hesabı ilə uduzaraq ikinci pilləyə düşüb.

Qeyd edək ki, “Araz” ilk oyunda Bosniya və Herseqovina çempionu “Mostar”ı 5:2, ikinci qarşılaşmada Malta çempionu “Sent Endryus”u 6:4 hesabı ilə məğlub edib.

14 oktyabr

20:00 “Araz” – “Deva” (Rumıniya) - 3:6
Qollar: Matey, 6 (0:1), Vilela, 8 (1:1), İqnat, 18 (1:2), Matey, 19 (1:3), Panzaru, 24 (1:4), Bolinya, 31 (2:4), Tonita, 38 (2:5), Matey, 39 (2:6), Ramiz Çovdarov, 39 (3:6)
Hakimlər: Tomasz Frak (Polşa), İbrahim El Jilali (Hollandiya), Şota Kukhilava (Gürcüstan)
Deva idman kompleksi.




 
Bölməyə aid digər xəbərlər
10.11.2017
Futzal üzrə Azərbaycan millisi turnirdə iştirak edəcək
08.11.2017
“Araz” bu dəfə büdrədi
07.11.2017
Şəhriyar Məmmədyarov:“Bu, inanılmaz bir şeydir“
28.10.2017
Millimiz İspaniyaya qarşı (ONLAYN)
26.10.2017
Daha 2 boksçumuz Avropa çempionatının yarımfinalında

Şərh əlavə olunmayıb

Facebook-da
23.11
14:00
Maksim Medvedev:
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: [email protected]
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info