“Araz“ın baş məşqçisi:“Hesabda geri olanda da oyuna diqtə edən tərəf biz idik “
Tarix: 13.10.2017 | Saat: 10:00:00 | Oxunub: 1057 | E-mail | Çapa göndər
“Oyun gözlədiyimizdən də ağır keçdi. Hesabda 2 top fərqi ilə geri düşsək də, toparlanmağı bacardıq. Düzdür, məğlub durumda olan zaman konsantrasiyanı bir qədər itirdik. Yaxşı ki, bu vəziyyət çox davam etmədi. Kənardan dediklərimi uşaqlar dərhal tətbiq etdilər".

Futbolmedia.az
-ın məlumatına görə, bu sözləri "Araz"ın baş məşqçisi Alesio da Silva UEFA kubokunun ikinci turunda Malta çempionu “St Andreus”a 6:4 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

Azərbaycan Futzal Federasiyasının rəsmi "Facebook" səhifəsinə danışan braziliyalı mütəxəssis bildirib ki, rəqibin son şansı olduğuna görə, qarşılaşmada bütün gücünü səfərbər etmişdilər: "Hesabda geri olanda da oyuna diqtə edən tərəf biz idik. Sadəcə, bu üstünlüyümüzü qolla tamamlamaqda gecikdik".

O, “Deva”ya qarşı son oyunun “Mostar” və “St Andreus”la qarşılaşmalardan daha çətin keçəcəyini söyləyib: "Çünki rəqibimiz təcrübəli futzalçılardan qurulub və meydan sahibidir. Üstəlik, bugünkü oyunda 4, ilk qarşılaşmada isə 2 qol vuran Maykon da Silva komandamıza kömək edə bilməyəcək. O, hər iki oyunda sarı vərəqə aldığına görə, cəzalı duruma düşüb. Təbii ki, bizi ancaq qələbə qane edəcək və buna nail olmaq üçün əlimizdən gələni edəcəyik. Sabah oyun günü deyil. Rəqibin oyununu alaniz edib, məşq prosesində onlara qarşı necə oynamalı olduğumuzun üzərində işləyəcəyik”.




 
Bölməyə aid digər xəbərlər
10.11.2017
Futzal üzrə Azərbaycan millisi turnirdə iştirak edəcək
08.11.2017
“Araz” bu dəfə büdrədi
07.11.2017
Şəhriyar Məmmədyarov:“Bu, inanılmaz bir şeydir“
28.10.2017
Millimiz İspaniyaya qarşı (ONLAYN)
26.10.2017
Daha 2 boksçumuz Avropa çempionatının yarımfinalında

Şərh əlavə olunmayıb

Facebook-da
23.11
14:00
Maksim Medvedev:
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: [email protected]
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info