“Araz“ın baş məşqçisi:“qol epizodundan istifadə edə bilmədik“
Tarix: 12.10.2017 | Saat: 13:00:00 | Oxunub: 910 | E-mail | Çapa göndər
“Oyun gərgin keçdi. Bu da təsadüfi deyil. İlk oyunlar hər zaman gərginliyi ilə yadda qalır”.

Futbolmedia.az-ın Azərbaycan Futzal Federasiyasının rəsmi "Facebook" səhifəsinə istinadən yaydığı xəbərə görə, bu sözləri “Araz”ın baş məşqçisi Alesio da Silva futzal üzrə UEFA kubokunun əsas mərhələsində "Mostar”a (Bosniya və Herseqovina) 5:2 hesabı ilə qaldikləri matçdan sonra deyib.

Braziliyalı mütəxəssis bildirib ki, çətinliyə baxmayaraq, vacib olan qələbəni qazanıblar: "Komandamın oyunundan razı qaldım. Oyunun videoyazısına sabah baxacam və çatışmazlıqları aradan qaldırmağa çalışacam. Bu gün çoxsaylı qol epizodundan istifadə edə bilmədik. Bu da qarşıdakı matçlarda bizə problem yarada bilər. Ona görə bunun üzərində mütləq işləməliyik. Taktiki planda və intizam baxımından uşaqlardan razı qaldım. Demək olar, dediklərimi icra edə bildilər”.




 
Bölməyə aid digər xəbərlər
10.11.2017
Futzal üzrə Azərbaycan millisi turnirdə iştirak edəcək
08.11.2017
“Araz” bu dəfə büdrədi
07.11.2017
Şəhriyar Məmmədyarov:“Bu, inanılmaz bir şeydir“
28.10.2017
Millimiz İspaniyaya qarşı (ONLAYN)
26.10.2017
Daha 2 boksçumuz Avropa çempionatının yarımfinalında

Şərh əlavə olunmayıb

Facebook-da
23.11
14:00
Maksim Medvedev:
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: [email protected]
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info