Azərbaycan çempionu “Araz” UEFA kubokuna qələbə ilə başladı
Tarix: 12.10.2017 | Saat: 08:57:00 | Oxunub: 1056 | E-mail | Çapa göndər

Bu gün futzal üzrə Azərbaycan çempionu "Araz” UEFA kubokunun əsas mərhələsində mübarizəyə start verib.

Futbolmedia.az-ın məlumatına görə, “Araz”ın yer aldığı VIII qrupun oyunları Rumıniyada keçirilib. Joze Alessionun komandası ilk oyununu "Mostar"a qarşı keçirib və 5:2 hesabı ilə qalib gəlib.

Çempionumuz həmçinin Rumıniyanın "Deva”, Maltanın "Sent Endryus” və Bosniya və Herseqovinanın "Mostar” klubları ilə mübarizə aparacaq.

Qeyd edək ki, yalnız qrup qalibi Elit raunda vəsiqə qazanacaq.

"Araz” növbəti oyunlarını 12 və 14 oktyabrda keçirəcək. Təmsilçimiz müvafiq olaraq "Sent Endryus” və "Deva” ilə üz-üzə gələcək.

UEFA kuboku, əsas mərhələ

VIII qrupu

I tur

11 oktyabr

17:30. "Araz” (Azərbaycan) - "Mostar” (Bosniya və Herseqovina) - 5:2
Qollar: Bolinya, 1 (1:0), Veşiç, 15 (1:1), Xətai Bağırov, 16 (2:1), Maykon da Silva, 20 (3:1), İsa Atayev, 21 (4:1), Maykon da Silva, 26 (5:1), Aladziç, 35 (5:2)




 
Bölməyə aid digər xəbərlər
10.11.2017
Futzal üzrə Azərbaycan millisi turnirdə iştirak edəcək
08.11.2017
“Araz” bu dəfə büdrədi
07.11.2017
Şəhriyar Məmmədyarov:“Bu, inanılmaz bir şeydir“
28.10.2017
Millimiz İspaniyaya qarşı (ONLAYN)
26.10.2017
Daha 2 boksçumuz Avropa çempionatının yarımfinalında

Şərh əlavə olunmayıb

Facebook-da
23.11
14:00
Maksim Medvedev:
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: [email protected]
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info