Yunan-Roma güləşi üzrə Türkiyə yığmasının üzvü güllələndi
Tarix: 11.10.2017 | Saat: 20:41:00 | Oxunub: 1499 | E-mail | Çapa göndər
Yunan-Roma güləşi üzrə Türkiyə yığmasının üzvü Cenk İldem silahlı hücuma məruz qalıb.

Futbolmedia.az-ın "İhlas” agentliyinə istinadən yaydığı xəbərə görə, hadisə gecə saatlarında İstanbulda baş verib.

98 kq çəki dərəcəsində yığmasının şərəfini qoruyan pəhləvan tıxac zamanı bir neçə şəxslə mübahisə edib. Nəticədə mübahisə etdiyi şəxslər idmançıya silah çəkiblər. Hər iki ayağından yaralanan güləşçi əməliyyat olunub və hazırda durumu qaydasındadır.

Qeyd edək ki, 98 kq çəki dərəcəsində çıxış edən Cenk İldem 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb. O, 2010-cu ildə Bakıda keçirilən Avropa çempionatında da 3-cü yeri tutub.




 
Bölməyə aid digər xəbərlər
10.11.2017
Futzal üzrə Azərbaycan millisi turnirdə iştirak edəcək
08.11.2017
“Araz” bu dəfə büdrədi
07.11.2017
Şəhriyar Məmmədyarov:“Bu, inanılmaz bir şeydir“
28.10.2017
Millimiz İspaniyaya qarşı (ONLAYN)
26.10.2017
Daha 2 boksçumuz Avropa çempionatının yarımfinalında

Şərh əlavə olunmayıb

Facebook-da
23.11
14:00
Maksim Medvedev:
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: [email protected]
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info