Güloğlan Cabbarov:“İtaliyada keçrilən Dünya çempionatına 20-dən çox idmançıyla təmsil olunacağıq“
Tarix: 24.09.2017 | Saat: 12:35:00 | Oxunub: 954 | E-mail | Çapa göndər


“Biz bu yaxınlarda Makedoniyanın Skopiya şəhərində yarışda iştirak etdik. Bu yarış gənclər və yeniyetmələr arasında kikboksinq üzrə Avropa çempionatı idi. Bu yarışda ölkəmiz 10 idmançı ilə təmsil olundu. Həmin yarışmada 1 qızıl, 2 gümüş, 2 bürünc medallar qazandıq. Bunu gözəl nəticə adlandırmaq olar. Bundan başqa Qazaxıstanda peşəkarlar arasında keçrilən Beynəlxalq yarışda iştirak edirik. Dünən kikboksçumuz Ruslan Musayev həmin turnirdə çempion oldu. Həmçinin yığma komandamız məşqçlərini davam etdirir. Məqsəd qarşıda oktyabır ayının 2-dən 12-nə kimi Macarıstanın Budapeşt şəhərində baş tutacaq Dünya çempionatına hazırlaşmaqdır. Yığma komanda məşqçi çingiz Eyvazovun rəhbərliyi altında yarışlara qatılacaq. Bu yarışa hazırlıq Tofiq Bəhramov adına stadionda keçrilir. Yəni təlim-məşq toplanışı hazırda davam edir.”

Bu sözləri Kikboksinq Federasiyasının vitze-prezdenti və Cüdo Federasiyasının Veteranlar şürasının rəhbəri Güloğlan Cabbarov deyib.

G. Cabbarov daha sonra Cüdo ilə bağlı qarşıdakı baş tutacaq yarış haqda da fikirlərini bildirib.” Sentiyabır ayının 27-dən oktyabır ayının 4-nə kimi İtaliyanın Olivya şəhərində Dünya çempionatına qatılacağıq. Çox mötəbər turnir olacaq. Dünya çempionatına 20-dən çox idmançı ilə təmsil olunacağıq. Dünya çempionatına idmançıların baş məşqçisi Fərhad müəllim olacaq. Cüdo federasiyasının prezidenti Rövnəq abdullayev və vitze-prezident Sadıq Sadıqovun qayğısı nəticəsində Dünya çempionatından yüksək nəticələrlə dönəcəyimizə inanırıq. Veteranlarımız sonuncu dəfə Avropa çempionu adına layiq görülüblər. Buna görə də şanslarımız çox yüksəkdir.




 
Bölməyə aid digər xəbərlər
10.11.2017
Futzal üzrə Azərbaycan millisi turnirdə iştirak edəcək
08.11.2017
“Araz” bu dəfə büdrədi
07.11.2017
Şəhriyar Məmmədyarov:“Bu, inanılmaz bir şeydir“
28.10.2017
Millimiz İspaniyaya qarşı (ONLAYN)
26.10.2017
Daha 2 boksçumuz Avropa çempionatının yarımfinalında

Şərh əlavə olunmayıb

Facebook-da
23.11
14:00
Maksim Medvedev:
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: [email protected]
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info