“Sumqayıt“ klubunun futbolçusu Nicat Muxtarov oğurluqda ittiham edildi
Tarix: 18.09.2017 | Saat: 16:00:00 | Oxunub: 2147 | E-mail | Çapa göndər
Daxili İşlər Nazirliyi "Sumqayıt" klubunun futbolçusu Nicat Muxtarovun iştirak etdiyi oğurluqla bağlı açıqlama yayıb.

Futbolmedia.az
-ın qrumun rəsmi saytına istinadən yaydığı xəbərə görə, Sumqayıt Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 9-da və 15-də şəhər ərazisində telekommunikasiya qovşağına məxsus ümumilikdə 695 metr hava rabitə kabelini kəsərək oğurlamaqda şübhəli bilinən şəhər sakinləri Nicat Muxtarov, Ümidvar Adıgözəlov, Aqşin Mehdiyev və əvvəllər məhkum olunmuş Nurlan Paşayev tutulublar.

Aparılan tədbirlərlə onların kabeli İnşaatçılar qəsəbə sakinləri Zaur Eyyubovun və Zaur İlyasovun işlədikləri metal qəbulu məntəqəsinə satmaları müəyyən edilib. Hər iki şəxs tutulub.




 
Bölməyə aid digər xəbərlər
14.12.2017
Azərbaycan kubokunun 1/4 final oyunları canlı yayımda
13.12.2017
AFFA klubları cəzalandırdı
29.11.2017
"Kəpəz", "Keşlə" və "Səbail" 1/4 finala yüksəldilər (ONLAYN)
11.10.2017
Bu gün Azərbaycan Kuboku start götürür
10.10.2017
Kubokun oyunlarına hakim təyinatları məlum oldu

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info