Yay Olimpiya Oyunlarına ev sahibliyi edəcək şəhərlər hansılardı?
Tarix: 14.09.2017 | Saat: 09:00:00 | Oxunub: 631 | E-mail | Çapa göndər

Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2024 və 2028-ci illərdə Yay Olimpiya Oyunlarına ev sahibliyi edəcək şəhərlərin adlarını açıqlayıb.

Futbolmedia.az
-ın “Reuters”ə istinadən verdiyi məlumata görə, bu haqda qərar BOK-ın Limada keçirilən növbəti sessiyasında verilib.

Qərara əsasən, 2024-cü ildə olimpiadaya Paris, 4 il sonra isə Los-Anceles ev sahibliyi edəcək.

Qeyd edək ki, hər iki şəhər buna qədər 2 dəfə Olimpiya Oyunlarını qəbul edib. Parisdə olimpiada 1900 və 1924, Los-Ancelesdə isə 1932 və 1984-cü illərdə keçirilib.




 
Bölməyə aid digər xəbərlər
10.11.2017
Futzal üzrə Azərbaycan millisi turnirdə iştirak edəcək
08.11.2017
“Araz” bu dəfə büdrədi
07.11.2017
Şəhriyar Məmmədyarov:“Bu, inanılmaz bir şeydir“
28.10.2017
Millimiz İspaniyaya qarşı (ONLAYN)
26.10.2017
Daha 2 boksçumuz Avropa çempionatının yarımfinalında

Şərh əlavə olunmayıb

Facebook-da
23.11
14:00
Maksim Medvedev:
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: [email protected]
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info