Rəşad Sadiqov:“Yeddi il oynamışam, az müddət deyil“
Tarix: 13.09.2017 | Saat: 17:43:00 | Oxunub: 861 | E-mail | Çapa göndər

Doğma hissdir. Üçüncü dəfədir bu komandaya qayıdıram".

Futbolmedia.az
-ın məlumatına görə, bu sözləri "Neftçi"nin yeni transferi Rəşad Sadiqov "Neftçi" TV-yə açıqlamasında deyib.

Millimizin sabiq üzvü “Neftçi”nin heyətində yenidən Avropa Liqasının qrup mərhələsində iştirak etmək istədiyini bildirib: "Yeddi il oynamışam, az müddət deyil. Bu klub üçün canımı qoymuşam. İlk dəfə bu komanda ilə Avropa Liqasının qrupuna vəsiqə qazanmışıq, o sevinci yaşamışam. Komanda yoldaşlarımla əlimizdən gələni edəcəyik ki, yenə qrup mərhələsində oynayaq, o həyəcanı yaşayaq. "Neftçi” Azərbaycanın flaqmanıdır. Həm yerli, həm də legioner – hər bir futbolçumuzun borcudur ki, komandanı yüksəklərə qaldırsın.

R.Sadiqov Tərlan Əhmədovun komandaya baş məşqçi təyin olunmasına da münasibət bildirib: "Əvvəl bilmirdim necə olub, amma indi münasibətləri görürəm, burada atmosfer tam başqadır, yerli, legioner bir-biri ilə qardaşdır. Məncə, Tərlan müəllim bura kollektiv ab-havası gətirib. Çalışacağıq, yaxşı nəticələr verək”.




 
Bölməyə aid digər xəbərlər
20.11.2017
Yunis Hüseynov:“Etimadı doğrultmağa çalışacağam”
20.11.2017
“Kəpəz“ yeni baş məşqçisinin adı nə vaxt bilinəcək
18.11.2017
Nizami Hacıyev “Neftçi”yə keçir
18.11.2017
Samir Abasov:“Bəlkə də, futbolçular “Qarabağ”ın adından çəkindi“
18.11.2017
“Qarabağ“da yenə Dani Kintana şoku

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: [email protected]
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info