“Mançester Yunayted“in futbolçusu Pol Poqba zədələnib
Tarix: 13.09.2017 | Saat: 15:23:00 | Oxunub: 830 | E-mail | Çapa göndər
"Mançester Yunayted"in futbolçusu Pol Poqba zədələnib.

Futbolmedia.az
-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o, Çempionlar Liqasının qrup mərhələsinin birinci turunda "Bazel"ə qarşı matçın 19-cu dəqiqəsində əzələsindən zədə alıb və Maruan Fellayni ilə məcburi əvəzlənib.

Oyundan sonra komandanın baş məşqçisi Joze Mourinyo fransalı yarımmüdafiəçinin zədəsi barədə bunları deyib: "Onun nə qədər müddət yaşıl meydanlardan uzaq qalacağını bilmirəm. Ancaq təcrübə göstərir ki, əzələsində problem olan futbolçular 1-2 həftə oynamırlar".

Qeyd edək ki, "Mançester Yunayted" - "Bazel" görüşü meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.




 
Bölməyə aid digər xəbərlər
21.11.2017
Arda “Barselona“dan getmək qərarını verdi
20.11.2017
“Real“ın kapitanı Serxio Ramosşoku
19.11.2017
Konte: “Qarabağ”la matç mövsümün ən vacib oyunu olacaq”
17.11.2017
Xosep Qvardiola ən yaxşı oldu
17.11.2017
“Fənərbaxça”nın sabiq hücumçusu həbs edildi

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: [email protected]
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info