Qurban Qurbanov:“Çelsi”nin gücü hər kəsə məlumdur”
Tarix: 13.09.2017 | Saat: 09:21:00 | Oxunub: 828 | E-mail | Çapa göndər

“Çempionlar Liqasının qalibi olmağa namizəd bir komanda ilə oynadıq, “Çelsi”nin gücü hər kəsə məlumdur”.

Futbolmedia.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının qrup mərhələsində “Çelsi” ilə səfər oyunundan sonra keçirilən mətbuat konfransında deyib.

O, London klubuna 0:6 hesabı ilə uduzmalarını turnirdə təcrübələrinin olmamaları ilə əlaqələndirib:
“Təbii ki, müəyyən səhvlər etdik, bu da bizim bu turnirdə ilk oyunumuz olmağı ilə bağlıdır. Səhvlərimiz üzərində işləyəcəyik. Çempionlar Liqası bizim üçün yenidir. “Qarabağ”ın baş məşqçisi olduğum üçün fəxr edirəm. Komandamızın Azərbaycanı təmsil etməsi məsuliyyətimizi artırır. Səhvlərimizdən nəticə çıxarıb öz üzərimizdə işləməyə davam edəcəyik. “Çelsi” və Antonio Konteni də qələbə münasibəti ilə təbrik edirəm”.




 
Bölməyə aid digər xəbərlər
21.09.2017
Emin Mahmudov : “Neftçi“yə çətin vəziyyətdən çıxmaq üçün kömək etmək istəyirəm“
20.09.2017
Dino Ndlovu (CAR) millisinə çağrıldı
20.09.2017
AFFA-dan “Neftçi” və “Zirə”yə cərimələr
20.09.2017
Baş katib Elxan Məmmədovdan açıqlama
19.09.2017
Araz Abdullayev APOEL-lə oyunda meydanda oldu

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info