Antonio Konte : “Qarabağ”ın bəzi futbolçularını çox yaxşı tanıyıram“
Tarix: 11.09.2017 | Saat: 18:06:00 | Oxunub: 891 | E-mail | Çapa göndər
"Yaxşı komanda ilə üz-üzə gələcəyik. "Qarabağ”ın bəzi futbolçularını çox yaxşı tanıyıram və milli komandalarda necə çıxış etdiklərini bilirəm”.

Futbolmedia.az xəbər verir ki, bunu İngiltərənin "Çelsi” komandasının baş məşqçisi Antonio Konte Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin I turunda "Qarabağ”la oyundan əvvəl təşkil edilən mətbuat konfransında deyib.

48 yaşlı mütəxəssis bildirib ki, "Qarabağ”a qarşı oynamaq heç də asan deyil: “Rəqib ÇL-in qrupunda ilk dəfə iştirak etsə də, orda çox yaxşı oyunçular var. İtaliya yığmasının baş məşqçisi olanda Azərbaycan millisi ilə qarşılaşmışam. Orda çox yaxşı oyunçular tanıyıram. Realist olsaq, onlara qarşı oynamaq heç də asan olmayacaq. Uduzmağı da nəzərə almaq lazımdır”.

A.Konte deyib ki, ÇL-də bütün matçlarda qalib gəlməyə çalışmalıdırlar. O, görüşdən bir gün öncə start heyətini açıqlamağı da lazım bilməyib: "Məşqçiliklə müqayisədə, futbolçu kimi ÇL-də böyük təcrübəm var. Bu yarışda iştirak etdiyimiz üçün qürur duymalıyıq. Burada hər oyunda qalib gəlməyə çalışmalıyıq. İngiltərə Premyer Liqasının sonuncu turunda "Lester”lə keçirdiyimiz oyun "Qarabağ”la görüş üçün heyət seçimimə təsir edəcək. Start heyətini indidən açıqlamaq mümkün deyil. Bu, böyük risk olardı. Çünki daha sonra dəyişikliklər baş verə bilər”.




 
Bölməyə aid digər xəbərlər
24.11.2017
Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu Ronaldo oldu
24.11.2017
Braziliya millisinin ulduz futbolçusu həbs edildi
23.11.2017
Simeone:“Qarabağ”ın İtaliyada xal almasını gözləyirik”
23.11.2017
Antonio Konte:“ hakim düzgün iş görməli və qərəzsiz olmalıdır“
22.11.2017
“Roma”nın hələ Qarabağ”a qarşı oyunu var

Şərh əlavə olunmayıb

Facebook-da
23.11
14:00
Maksim Medvedev:
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: [email protected]
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info