Tərlan Əhmədov “Neftçi“nin baş məşqçisi oldu
Tarix: 11.09.2017 | Saat: 14:37:00 | Oxunub: 1040 | E-mail | Çapa göndər

"Neftçi” PFK-ya yeni baş məşqçi təyin olunub.

Futbolmedia.az-ın xəbərinə görə, bu haqda klubun saytı məlumat yayıb. Komandanı Tərlan Əhmədov çalışdıracaq. Onunla mövsümün sonunadək müqavilə bağlanıb. Tərlan Əhmədov bu gün saat 17:00-da komandanı məşqə çıxaracaq.

Topaz Premyer Liqasının V turunda sentyabrın 16-da baş tutacaq "Neftçi” – "Zirə” oyunundan bir gün əvvəl yeni baş məşqçinin rəsmi təqdimatı ilə bağlı mətbuat konfransı keçiriləcək.

Qeyd edək ki, Tərlan Əhmədov 1989-1991, 1998-2002-ci illər ərzində "Neftçi”də çıxış edib, 117 oyunda 6 qol vurub. 1999-cu ildə ölkə kubokunun qalibi olub və Azərbaycanın ən yaxşı futbolçusu seçilib. 1992-2005-ci illər ərzində milli komandada 75 oyun keçirib. 45 yaşlı mütəxəssis 2011-2013-cü illərdə "Neftçi”də məşqçi vəzifəsində çalışıb. Həmin müddətdə komandamız Azərbaycan çempionatının (2012, 2013) və kubokunun (2013) qalibi olub, futbol tariximizdə ilk dəfə UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb (2012).




 
Bölməyə aid digər xəbərlər
20.11.2017
Yunis Hüseynov:“Etimadı doğrultmağa çalışacağam”
20.11.2017
“Kəpəz“ yeni baş məşqçisinin adı nə vaxt bilinəcək
18.11.2017
Nizami Hacıyev “Neftçi”yə keçir
18.11.2017
Samir Abasov:“Bəlkə də, futbolçular “Qarabağ”ın adından çəkindi“
18.11.2017
“Qarabağ“da yenə Dani Kintana şoku

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: [email protected]
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info