Qurban Qurbanov:“Biz hər bir matçda dişimizlə, dırnağımızla vuruşmağa hazırıq”
Tarix: 11.09.2017 | Saat: 13:15:00 | Oxunub: 304 | E-mail | Çapa göndər
"Avropanın ən nüfuzlu klub turnirində çıxış etmək bizim böyük arzumuz idi. Biz yüksək rəqabət səviyyəsini püşkatma nəticəsində İngiltərə, İspaniya və İtaliyanın top-klubları ilə eyni qrupda düşdükdən dərhal sonra hiss etdik".


Futbolmedia.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Frans Press" agentliyinə açıqlamasında deyib.

O, Çempionlar Liqasının qrup mərhələsindəki rəqiblərinin çox güclü və təcrübəli olduğunu bildirib: "Amma bu, döyüşdən əvvəl təslim olacağımız demək deyil. Biz hər bir matçda dişimizlə, dırnağımızla vuruşmağa hazırıq”.

Q.Qurbanov ÇL-in qrup mərhələsinin ilk turunda "Çelsi"yə qarşı görüşün çətin keçəcəyini bildirib: "Yarışa Londonda başlayırıq. "Stemford Bric”dəki oyun bizim üçün çox çətin və ağır olacaq. Ancaq orada layiqincə çıxış edəcəyimizə ümid edirik".

Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasının C qrupunda "Çelsi", "Atletiko" və "Roma" ilə birgə mübarizə aparacaq.




 
Bölməyə aid digər xəbərlər
20.11.2017
Riçard Almeydadan 100-cü qol
20.11.2017
Azərbaycan yığması Albaniya seçməsini məğlub etdi
20.11.2017
Rüfət Dadaşov iki qol vurdu, komandası qalib gəldi
20.11.2017
Qurban Qurbanov “Neftçi“ - “Qəbələ“ matçında
20.11.2017
Araz Abdullayev oynadı, komandası qalib gəldi

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: [email protected]
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info