“Sumqayıt”ın 15-16 yaşlı qapıçılarla işləyən məşqçisi Elşən Poladov:“Mili komandada gənc qapıçılara şans vermək lazımdır“ (LAYİHƏ)
Tarix: 11.09.2017 | Saat: 11:43:00 | Oxunub: 276 | E-mail | Çapa göndər
Картинки по запросу Media komitəsi loqo




AFFA yanında Media Komitəsinin xətti ilə Futbolmedia.Az saytı uşaq futbolu ilə bağlı layihənin növbəti yazısını təqdim edir. Qeyd edirik
ki, layihə AFFA Yanında Media Komitəsin tərəfindən maliyələşdirilir.




Bu gün uşaq futbolunun inkişafından çox danışılır və çox yazılır. Lakin qabarıq bir şəkildə inkişaf görünmür. Başqa Avropa ölkələrindən futbol baxımından çox geri qalırıq. Uşaq futbolunda problemlər isə çoxdur. Uşaq futbolunda ən problemli mövqelərdən biri də, qapıçı problemidir. Bəli. Ölkədə futbolçular yetişsə də, yaxşı qapıçılarımız çox olmayıb. Bir Kamran Ağayevimiz var ki, ən pis formasında belə, onu milli komandanın qapısına təyin edirlər. Əslində, bu bir faciədir. Məgər Kamran Ağayev olmasa, Azərbaycan millisi qapıçısız qalmalıdır. Az-çox ölkədə prespektiv vəd edən gənc futbolçular var. Lakin gələcək vəd edən, prespektivli qapıçılarımız demək olar yoxdur. Bəs qapıçılarla bağlı problemləri aradan neçə qaldırmaq lazımdır. Ölkəyə istedadlı qapıçılar necə bəxş etmək olar. Niyə təkcə milli komanda Kamran Ağayevdən aslı olmalıdır. Bu və bir çox məsələlərə aydınlıq gətirməyə çalışdıq. Veteran qapıçı və hazırda “Sumqayıt” futbol akademiyasında 15-16 yaşlı qapıçılarla işləyən məşqçi Elşən Poladovla həmsöhbət olduq.





Elşən bəy bildiyimizə görə “Sumqayıt” futbol akademiyasında 15-16 yaşlılardan ibarət qapçılarla çalışırsan. Hazırda işlər və məşqlər nə yerdədir?

Bəli. Artıq “Sumqayıt” klubunda qapşılarla işləyən məşqçisiyəm. Hazırda məşqlərimiz davam edir. Müəyyən işlər görmüşük. Və bir çox yeniliklər etməyə hazırlaşırıq. Çalışırıq ki, gənc qapıçılara yeni nəsə öyrədək. Həm fiziki, həm də taktiki planda işlər gedir.

Bir qədər əvvəllə qayıtmağını istərdim. “Sumqayıt” klubundan gənc qapıçılarla işləmək təklifi gələn zaman dərhal razılıq verdin. Yoxsa, başqa təkliflər vardı?

Sözün açığı, Premyer liqada cəmi səkkiz komanda olduğu üçün təkliflər yox idi. Yəni bugünkü reallıqdan danışmaq lazımdır. Bu amil istər-istəməz təsir edir. Belə götürəndə isə nə vaxtsa hardasa işləməli idim. Məhz bu üzdən təklif gələn zaman razılıq verdim.





Hazırda neçə yaşlı qapıçılarla çalışırsınız. Və prespektiv nə vəd edir?

Uşaq futbolundan gələn qapıçılar da mənim öhtəçiliyimdədir. Hazırda bu qapıçılar üzərində iş gedir. Bizdə çalışırıq ki, ən azından öz “Sumqayıt” komandamıza yaxşı qapıçılar bəxş edək. Ən azından gənclərdən ibarət milli komandaya istedadlı qapıçı bəxş edək.

Похожее изображение


“Sumqayıt” futbol akademiyasında yaradılan şəraitdən razısanmı?

Düzünü danışsaq, elə bir klub yoxdur ki, orada çatışmamazlıq olmasın. Bu xırda detalları nəzərə almasaq, yaradılan şəraitdən razıyam. Bu gün uşaqlar üçün hər şərait yaradılıb. Bəzi çatışmamazlıqları da, aradan qaldıracaqlarına inanıram.

Sənin nəzərində yaxşı gələcək vəd edən prespektivli qapıçılar varmı?


Məsələn, 17 yaşlılardan ibarət komandada var. Həmçinin 16 yaılılardan ibarət komandada görmüşəm. Belə deyək ki, hər işlədiyim yaş qrupunda göz altı etdiyim yaxşı qapıçılar var. Yəni onların gələcək prespektivi yaxşı görünür. Daha doğrusu, milli komandanın gələcəkdə şərəfini qorumağa layiq olacaq qapıçılardı.

Bir veteran qapıçı və hazırda məşqçi olaraq uşaq futbolunun bugünkü günü haqda nələr söyləyə bilərsən?

Hazırda uşaq futboluna yaradılan şərait baxımından danışsaq, bizim dövrümüzdən qat-qat yaxşıdır. Heç bizim dövürdə belə şərait yaradılmamışdı. Lakin hazırki dövürdə məktəblərdə, küçə futbolunda, geriləmə var. Bizim dövürdə, bu amillərlə bağlı problem yox idi. Küçə və məktəb futbolu yüksək səviyyədə idi. İndi bu barədə geriləmə var. Demək olar ki, yox dərəcəsinə çatıb.




Bu geriləməyə əsas səbəbə kimi nəyi görürsünüz?

İlk növbədə texnologiyanın yüksək inkişafı buna təsir edib. Yəni kompyuter oyunları, müxtəlif proqramlı telefonlar, internet futbol və idman oyunlarını çox passivləşdirib. Daha çox baxmağa meyl edilir. Məktəblərdə futbol oyunlarının keçiriliməməsi, idmana üstünlük verilməməsi, təsirsiz ötüşmür. Futbolun inkişafı küçə və məktəb futbolundan başlayır.

Uşaq futbolunun inkişafını daraldacaq başqa hansı amilləri vurğulayardın.?

İlk növbədə meydançaların süni olmasını. Uşaq liqalarının müxtəlif turnirlərə az qatılmasını vurğulayardım. Süni meydançalarda hansı uşaq futbolundan danışmaq olar. Ən əsası isə Avropada keçrilən turnirlərdən kənar qalmaq uşaq futbolunu beşikdə boğur. Turnirlər uşaq futbolunun nərdivanıdır.

Razısınızmı ki, bölgə futbolunun olmaması, uşaq futbolunda və ümumiyyətlə Azərbaycan futboluna ağır zərbə vurdu?

Sözsüz ki, bölgə futbolu çox vacibdir. İlk növbədə, bölgələrdə futbol şəraiti yaradılmalıdır. Və bundan sonra futboldan danışmaq olar. Bilirsiniz, bölgələrdə nə qədər istedadlı uşaqlar var. Lakin bizlər onları görə bilmirik. Səbəbə həmin bölgənin futbol klubunun, futbol akademiyasının olmamasıdır. Nə şəraiti var, nədəki akademiyası. Elə şərait yaratmaq lazımdır ki, həmin istedadlı uşaqları üzə çıxarmaq lazımdır. Bundan başqa bölgələrdə stadionlar inşa edilməlidir ki, futbola maraq və həvəs olsun.

Seleksiya ilə bağlı işləriniz nə yerdədir?

Seleksiya işləri ilə bağlı akademiyamızın məşqçiləri bölgələrdə çalışırlar. Yəni daim axtarışdadırlar. İstər futbolçu, istərsə də qapıçılarla bağlı seleksiya işləri davam edir. Onlar seçib dəvət edirlər. Bizdə həmin uşaqların potensiallarını dəyərləndiririk. Əgər prespektiv uşaqlar varsa, akademiyaya cəlb edirik.

Niyə bu gün Elşən Poladovlar, Kamran Ağayevlər yetişmir? Yəqin ki, razısan ki, milli komandanın qapısını qoruyacaq layiqli qapıçılar yoxdur. Bir Kamran Ağayev var ki, ən pis durumunda da, kobud səhvlər buraxsa belə millinin qapısını qoruyur. Bu nə dərəcədə düzdür?



Bu gün Kamran Ağayevdə Avropa təcrübəsi çox olduğu üçün ona şans verilir. Lakin hal-hazırda Səlahət Ağayev və Anar Nəzirova da şans vermək olardı. Heç olmasa, yoldaşlıq görüşlərində gənc qapıçılara şans versəydik, belə problemlərimiz olmazdı. Gənc qapıçıları yetişdirmək istəyiriksə, gənc qapıçılara şans verməyi risk etməliyik. Yaxşı gələcək vəd edən və millinin qapısını qoruya biləcək qapıçılar az deyil. Sadəcə, onları tapıb üzə çıxartmaq lazımdır. Üzə çıxardandan sonra isə şans vermək mütləqdir. İnanıram ki, qapıçılarla bağlı problemlərə ciddi yanaşacaqlar. Ən azından gənc qapıçılara yoldaşlıq oyunlarında şans vermək gərəkdir. Qapıçılarla bağlı problem bütün dünyada var. Lakin bizim ölkədə yaxşı qapıçı yetişdirmək problemə çevrilib. Məncə qapıçılarla bağlı xüsusi işlər görülməldir. Yəni bir qrup mütəxəssizlər qapıçılarla bağlı işləri həyata keçirməldir. Kökünün kəslməməsi üçün bu addımlar atılmalıdır. İndi uşaqların çox hücumçu, pleymeker olmaq istəyir. Hər kəs Messi və Ronaldo olmaq istəyir. Qapıçı durmaq, yaxışı qapıçı olmağı hər uşaq isətmir. Biz özümüz uşaqlıqda futbol oynayan zaman qapıda durmaq istəmirdik. Onun üstündə mübahisələr olurdu. Bir sözlə, qapıçı problemini çözmək istəyiriksə, dediyim kimi nəzarəti gücləndirmək lazımdır. Gənclərə daha çox şans vermək lazımdır.


Əli HƏYATİ









 
Bölməyə aid digər xəbərlər
20.11.2017
Futbol sevgisi olub futbol komandası olmayan Goranboy (LAYİHƏ)
14.11.2017
Sumqayıtın “Uğur“ çubuğu“ (LAYİHƏ)
05.11.2017
Həvəskarlar futbolu acınacaqlı durumda (LAYİHƏ)
27.10.2017
AHFF-nın baş katibi Füzuli Nəcəfov:“Həvəskarlar Liqasında ən böyük problem stadionun olmamasıdır“ (LAYİHƏ)
22.10.2017
Həvəskarlar futbolu və Bərdə komandasında hazırki durum (LAYİHƏ)

Şərh əlavə olunmayıb

Facebook-da
23.11
14:00
Maksim Medvedev:
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: [email protected]
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info