“Qalatasaray“dan xal itkisi, “Trabzonspor“dan qələbə
Tarix: 11.09.2017 | Saat: 12:27:00 | Oxunub: 826 | E-mail | Çapa göndər
Türkiyə Superliqasında 4-cü turun oyunları davam edir.

Futbolmedia.az
-ın məlumatına görə, ötən gün daha 4 görüş keçirilib.

“Qalatasaray” səfərdə “Antalyaspor”la 1:1 hesablı heç-heçə edib.

“Trabzonspor” öz meydanında “Gənclərbirliyi”ndən güclü olub – 3:1.

“Göztəpə” səfərdə “Osmanlıspor”a qalib gəlib – 2:0.

Milli komandamızın üzvü Dəniz Yılmazın çıxış etdiyi “Bursaspor” isə evdə “Akhisar”ı məğlub edib – 3:0. D.Yılmaz matçı sona qədər ehtiyat oyunçular skamyasından izləyib.

Qeyd edək ki, bu nəticələrdən sonra "Qalatasaray" 10 xalla liderdir. Eyni xala malik olan "Beşiktaş" 2-cidir. "Başakşəhər" 9 xalla 3-cü, "Trabzonspor" isə 7 xalla 4-cü pillədə qərarlaşıb.


10 sentyabr

Türkiyə Superliqası

IV tur

“Osmanlıspor” – “Göztəpə” - 0:2
Qollar: Bingöl, 25, Yahoviç, 45+3

“Trabzonspor” – “Gənclərbirliyi” - 3:1
Qollar: Özek, 6 (0:1), Olcay, 54 (1:1), Rodalleqa, 84 (2:1), Onazi, 90 (3:1)


“Antalyaspor” – “Qalatasaray” - 1:1
Qollar: Qomis, 34 (0:1), Eto, 82 (1:1)

“Bursaspor” – “Akhisar” - 3:0
Qollar: Battalya, 51, Delarge, 66, Stanku, 74

9 sentyabr

“Karabükspor” – “Beşiktaş” – 0:1

“Sivasspor” – “Kayserispor” – 0:2

"Fənərbaxça" - "Başakşəhər" - 2:3

"Konyaspor" - "Alanyaspor" - 0:2

11 sentyabr

21:00 “Kasımpaşa” – “Malatyaspor”




 
Bölməyə aid digər xəbərlər
21.09.2017
Berti Foqtsdan UEFA-ya tənqidi sözlər
21.09.2017
UEFA-dan Millətlər Liqası və “Avro-2020“ ilə bağlı qərarlar
19.09.2017
Almaniya - Azərbaycan oyunu üçün biletlər satışda
19.09.2017
“Qarabağ” - “Roma” oyununa 45 min bilet satılıb
19.09.2017
Tutulan futbolçunun şəkli yayıldı

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info