Prosineçki:“Sumqayıta bura kifayət qədər azarkeş gəlir”
Tarix: 11.09.2017 | Saat: 10:20:00 | Oxunub: 232 | E-mail | Çapa göndər
Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Sumqayıtdakı "Kapital Bank Arena"da azarkeşlərin oyunu ayaq üstə və səkilərdə izləmələrinə reaksiya verib. Xorvatiyalı mütəxəssis stadionda əlavə tribunanın tikilməsinə zərurət olduğunu bildirib.

Prosineçki deyib ki, Sumqayıt kimi böyük şəhərdə insanların oyunu rahat izləmələri üçün şərait yaradılmalıdır: "Xorvatiyada da azarkeşlər hasara çıxırlar, səkilərin üstündə otururlar. Lakin yaxşı olardı ki, Sumqayıt kimi böyük şəhərdə azarkeşlər üçün bir əlavə də tribuna tiksinlər və hamı oturub rahat futbola baxsın. Çünki bura kifayət qədər azarkeş gəlir”.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında IV turun "Sumqayıt" - "Neftçi" matçında "Kapital Bank Arena"nın 1500 nəfərlik tribunası tam dolub. Bu səbəbdən, daha 500-dən çox azarkeş oyunu hasarlar arxasından və səkilərdə izləyib




 
Bölməyə aid digər xəbərlər
20.11.2017
Yunis Hüseynov:“Etimadı doğrultmağa çalışacağam”
20.11.2017
“Kəpəz“ yeni baş məşqçisinin adı nə vaxt bilinəcək
18.11.2017
Nizami Hacıyev “Neftçi”yə keçir
18.11.2017
Samir Abasov:“Bəlkə də, futbolçular “Qarabağ”ın adından çəkindi“
18.11.2017
“Qarabağ“da yenə Dani Kintana şoku

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: [email protected]
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info