Elşad Əhmədov:“İlk hissədə zəif çıxış etdik“
Tarix: 10.09.2017 | Saat: 22:49:00 | Oxunub: 151 | E-mail | Çapa göndər

"İlk hissədə zəif çıxış etdik. Belə olacağını gözləmirdim".

Futbolmedia.az
-ın məlumatına görə, bunu "Neftçi"nin baş məşqçi əvəzi Elşad Əhmədov Azərbaycan Premyer Liqasının IV turunda "Sumqayıt"a 0:1 hesablı məğlubiyyətdən sonra deyib.

O, bildirib ki, ilk hissədə xətlərarası əlaqə alınmayıb: "Səhvlər vardı. Uşaqların elə səhvə yol verəcəklərin təxmin etmirdim. İkinci hissədə yaxşı oynadıq, futbolçulıar fiziki cəhətdən yaxşı olmağa çalışırlar. Qol imkanımız olsa da, bunlardan istifadə etmədik".

-Komandada istək yoxdur. Bu nə ilə bağlıdır?

- Əlbəttə, problemlər var idi. Futbolçular ötürmə etməkdə çətinlik çəkirdilər. Bunların üzərində işləməliyik. Fiziki baxımdan irəliləyiş olsa da, xətlər arasında problemlər var. Futbolçulara oyundan sonra çox işləmək lazım olduğunu dedim.

- Bilirsiniz ki, komandaya yeni baş məşqçi gətiriləcək. Bu vəziyyətdə komandanı oyuna hazırlamaq çətin olmadı?

- Özi işimin öhdəsindən gəlməyə çalışıram. Mənə məsuliyyətli vəzifə tapşırıblar. Bunun nə qədər davam edəcəyini bilmirəm.

- Emin Mahmudovun "Neftçi"yə keçəcəyi deyilir...

- Bəlkə də belə bir şey var, amma mənim xəbərim yoxdur.

- Yeni gələn baş məşqçiyə "Neftçi”ni düzəltmək üçün nə qədər vaxt lazımdır?

- Çox vaxt lazımdır. Lap çox...




 
Bölməyə aid digər xəbərlər
20.11.2017
Yunis Hüseynov:“Etimadı doğrultmağa çalışacağam”
20.11.2017
“Kəpəz“ yeni baş məşqçisinin adı nə vaxt bilinəcək
18.11.2017
Nizami Hacıyev “Neftçi”yə keçir
18.11.2017
Samir Abasov:“Bəlkə də, futbolçular “Qarabağ”ın adından çəkindi“
18.11.2017
“Qarabağ“da yenə Dani Kintana şoku

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: [email protected]
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info