Samir Abasov:“İkinci hissədə zəif çıxış etməyimiz öz günahımızıdır“
Tarix: 10.09.2017 | Saat: 22:46:00 | Oxunub: 126 | E-mail | Çapa göndər

"Çox çətindir. Özüm də ikinci hissəyə görə gərginəm. Rahat udulası oyunu bu vəziyyətə gətirdilər. Yenə səhərə kimi yata bilməyəcəm. Əvəzetmədən girənlər yaxşı təsir bağışlamadı. Bizə bir az vaxt lazımdır. "Neftçi"yə qarşı qeyri-adi hazırlaşmamışdıq. İkinci hissədə zəif çıxış etməyimiz öz günahımızıdır".

Futbolmedia.az
xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Samir Abasov Topaz Premyer Liqasının IV turunda "Neftçi" üzərində 1:0 hesablı qələbəni şərh edərkən deyib.

39 yaşlı mütəxəssis matçdan sonra təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını da cavablandırıb.

- Komandanız ilk hissədə yaxşı təsir bağışlasa da, xeyli sayda qol epizodunu boşa verdiniz. Bu, nə ilə bağlıdır?

- Qol vəziyyətlərini boşa veririk. Bəlkə də hansısa oyunda partlaya bilərik. Matça çox sürətli başladıq. Amma cızığımızdan çıxdıq. Məşqdə etdiklərimizi təkrarlaya bilsək daha çox qol vura bilərdik.

- Rəşad Eyyubovun əvəzinə meydana daxil olan Kamal Mirzəyev özünü doğrultmadı...

- Bəli, sizinlə tamamilə razıyam.

- Eyyubov meydandan çıxan zaman nəyə etiraz edirdi?

- Oynamaq istəyirdi. Mən isə əvəzlədim. Emosiya, vəssalam.

- Tribunalarda boş yer qalmamışdı deyə, xeyli azarkeş oyunu stadionun kənarında ayaq üstə izləyirdi. Bu barədə nə deyə bilərsiniz?

- Bu məsələ mənə aid deyil deyə, fikirləşə bilmirəm. Bağışlayın ki, suala cavab vermirəm




 
Bölməyə aid digər xəbərlər
25.09.2017
“Neftçi“ öz antirekordunu təkrarladı
25.09.2017
“Qarabağ“ - “Roma“ oyunu üçün hakim təyinatları açıqlandı
25.09.2017
Ruslan Qurbanov:“Monroza burda tək oynamırsan, klounluq etmək lazım deyil dedim“
25.09.2017
Birinci divizionda yeni mövsümün püşkü atılır
25.09.2017
Tərlan Əhmədov:“Psixoloji cəhətdən komanda hələ özünə gəlməyib”

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info