“Qarabağ” bu gün Londona gedir
Tarix: 10.09.2017 | Saat: 11:53:00 | Oxunub: 328 | E-mail | Çapa göndər

Çempionlar Liqasının qrup mərhələsində Azərbaycanı təmsil edən “Qarabağ” bu gün Londona yola düşür.

Futbolmedia.az
-ın xəbərinə görə, bu gün Bakı vaxtı ilə saat 17.00-da komanda çarter reysi ilə İngiltərə paytaxına yola düşəcək.

"Qarabağ"la "Çelsi" arasındakı oyun sentyabrın 12-də keçiriləcək. Komandanın oyundan 1 gün öncəki son məşqini "zadəganlar"ın stadionunda - "Stemford Bric"də keçirməsi nəzərdə tutulub.

Qeyd edək ki, əsas komanda ilə yanaşı klubun UEFA Gənclər Liqasında yarışacaq U-19 komanda da bu gün eyni təyyarə ilə Londona gedəcək. Onların bu yarışda debütü sentyabrın 12-də Londonda "Çelsi"dəki həmyaşıdlarına qarşı olacaq. Ancaq həmin matç günorta saatlarında - Bakı vaxtilə saat 14:05-də başlayacaq.




 
Bölməyə aid digər xəbərlər
20.11.2017
Yunis Hüseynov:“Etimadı doğrultmağa çalışacağam”
20.11.2017
“Kəpəz“ yeni baş məşqçisinin adı nə vaxt bilinəcək
18.11.2017
Nizami Hacıyev “Neftçi”yə keçir
18.11.2017
Samir Abasov:“Bəlkə də, futbolçular “Qarabağ”ın adından çəkindi“
18.11.2017
“Qarabağ“da yenə Dani Kintana şoku

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: [email protected]
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info