Svanadze:“Ancaq sonra həmişəki kimi “panika”ya düşdük“
Tarix: 10.09.2017 | Saat: 12:29:00 | Oxunub: 232 | E-mail | Çapa göndər
“İnter”in baş məşqçisi Zaur Svanadze Topaz Premyer Liqasının 4-cü turunda doğma meydanda “Kəpəz”ə qalib gəldikləri oyundan (3:2) sonra jurnalistlərin suallarını cavablandırıb.

Futbolmedia.az-ın məlumatına görə, gürcü mütəxəssis əvvəlcə matçla bağlı fikirlərini bildirib:

- 3 xal qazandıq. Yaxşı ki qalib gəldik. Komandamın oyunundan razı qaldım. Yenə oyuna yaxşı başladıq və erkən qol vurduq. Ancaq sonra həmişəki kimi “panika”ya düşdük. Niyə belə olduğunu bilmirəm. Rəqib standart vəziyyətlərdə çox güclüdür və bundan istifadə etdilər. 3 qol vurduqdan dərhal sonra 2 qol buraxmaq yaxşı hal deyil. İkinci hissədə daha yaxşı oynadıq. Bizim üçün mövsüm boyu çox çətin olacaq.
Oyundan sonra futbolçulara nə dediniz?

- Onları təbrik etdim. Dedim ki, bizi belə oyunlar çox gözləyir. Ancaq bəzi texniki problemlər var. Bunlar texniki problemlərdir, düzəltmək mümkündür. Öz üzərimizdə çalışmalıyıq.

- Nizami Hacıyevin əvəzlənməsi nə ilə bağlı idi?

- Nizamini əvəzləməyim zədəylə bağlı deyildi. Belə istədim.

- Futbolçular matç zamanı tez-tez top itkilərinə yol verirdilər. Sanki nizam-intizam aşağı səviyyədədi. Məsələn, ilk qol buraxılan zaman Nizami Hacıyev mərkəzdə yersiz vəziyyətdə top itirdi, ikinci qolda isə Orxan Sadıqlı çox irəli çıxmışdı.

- Bu məsələdə haqlısınız. Nizaminin yersiz top itirməsini nizam-intizamla bağlamıram. Belə vəziyyətlərə yol vermək olmaz. Onun əvəzlənməsi isə onun bu hərəkətləriylə bağlı deyildi. Sadəcə, qarşılaşmadan öncə əzələsində ağrı olduğunu demişdi.




 
Bölməyə aid digər xəbərlər
21.09.2017
Berti Foqtsdan UEFA-ya tənqidi sözlər
21.09.2017
UEFA-dan Millətlər Liqası və “Avro-2020“ ilə bağlı qərarlar
19.09.2017
Almaniya - Azərbaycan oyunu üçün biletlər satışda
19.09.2017
“Qarabağ” - “Roma” oyununa 45 min bilet satılıb
19.09.2017
Tutulan futbolçunun şəkli yayıldı

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info