Şahin Diniyev: “Kəpəz”ə sonuncu pillə yaraşmır“
Tarix: 10.09.2017 | Saat: 11:00:00 | Oxunub: 245 | E-mail | Çapa göndər
"Kəpəz"in baş məşqçisi Şahin Diniyev Premyer Liqanın 4-cü turunda "İnter"ə 2:3 hesabı ilə uduzduqları matçdan sonra mətbuat konfransı keçirib.

Futbolmedia.az-ın məlumatına görə, o, əvvəlcə matç barədə fikirlərini bildirib.

- Belə oyundan sonra danışmaq çətindir. Komanda yeni formalaşıb. Yayda komandaya 15 yeni futbolçu qoşulub. Birinci dəstədən, əvəzedicidən komandaya cəlb olunan futbolçu çoxdur. Onların uyğunlaşması üçün vaxt lazımdır. Təəssüf ki, əldə etdiyimiz fürsətlərdən istifadə edə bilmədik. Ancaq heç nədən qollar buraxdıq. Əvvəl də dediyim kimi, bizdə oyunun taleyini dəyişəcək oyunçu yoxdur. İlk 3 matçdan fərqli olaraq, bu görüşdə qol fürsətləri yarada bildik. İnanıram ki, bu komandanı ayağa qaldıra biləcəyik. Hələ heç nə bitməyib. Ötən mövsümə də pis başlamışdıq. Ancaq sonradan özümüzə gəldik. Heç nəyə baxmayaraq, “Kəpəz”ə sonuncu pillə yaraşmır. Məncə, bu gün məğlubiyyətə layiq deyildik.

- Azər Məmmədovu əvəz etdikdən sonra oyunu tribunadan izlədi.

- Onu əvəzləməyimə səbəb heç də zəif oyunu deyildi. 2 qol buraxdıqdan sonra hücumameyilli oyunçu buraxmalı idim. Buna görə, Azəri əvəzlədim.

- İkinci hissədə Əliyar Ağayev sizə yaxınlaşıb xəbərdarlıq etdi. Sonra isə gülərək oradan uzaqlaşdı. Aranızda hansı dialoq yaşandı?

- Mən heç vaxt qaydaları pozmuram. Həmin vəziyyətdə də ciddi bir şey olmamışdı. Sadəcə, xəbərdarlıq etdi. Oyun zamanı bir qədər emosional ola bilərəm. Lakin heç vaxt kimisə təhqir etmirəm.




 
Bölməyə aid digər xəbərlər
20.11.2017
Yunis Hüseynov:“Etimadı doğrultmağa çalışacağam”
20.11.2017
“Kəpəz“ yeni baş məşqçisinin adı nə vaxt bilinəcək
18.11.2017
Nizami Hacıyev “Neftçi”yə keçir
18.11.2017
Samir Abasov:“Bəlkə də, futbolçular “Qarabağ”ın adından çəkindi“
18.11.2017
“Qarabağ“da yenə Dani Kintana şoku

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: [email protected]
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info