“Düzdür, PAOK-da qalmaq istəyirdim Ancaq... “
Tarix: 05.09.2017 | Saat: 22:37:00 | Oxunub: 1592 | E-mail | Çapa göndər

“Əvvəlcə “Qarabağ”dan gələn təklifə təəccübləndim. PAOK-da vəziyyət yaxşı deyildi. Başa düşürdüm ki, komandanın Avropa Liqasında qrupa vəsiqə qazanmaq şansı azdır”.

Futbolmedia.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın yeni transferi Pedro Enrike deyib.

Braziliyalı yarımmüdafiəçi “Arena Press” qəzetinə açıqlamasında Ağdam klubuna keçidi haqda danışıb:
“PAOK son günlər yeni transferlər etdi. Mən isə daha çox oynamaq istəyirdim. Düzdür, PAOK-da qalmaq istəyirdim. Ancaq artıq 27 yaşım var, daha çox oynamalıyam. Salonikidə unudulmaz anlar yaşadım, kubok qazandıq. Ancaq futbol da sürətlə dəyişir. Əminəm ki, PAOK-a qayıdacam. Bu komandanın qapıları mənim üçün bağlanmayıb”.

Pedro “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmasının seçiminə böyük təsir etdiyini vurğulayıb: “Qarabağ”da oynamaq mənə maraqlı gəldi. Çempionlar Liqasında iştirak etmək hər vaxt nəsib olmur. Bəlkə də PAOK-a qayıdanda orda da ÇL-in qrup mərhələsində çıxış edəcəm”.




 
Bölməyə aid digər xəbərlər
21.09.2017
“Sumqayıt” – “Qarabağ” oyununun məkanı dəyişdirildi
21.09.2017
Rövnəq Abdullayev: “Bu işdə əməyi olan hər kəsə təşəkkür edirik“
20.09.2017
Avroliqanın finalı rəsmən Olimpiya stadionunda
14.09.2017
“Kəpəz” Bakıda “Qarabağ”la oyuna hazırlaşır
13.09.2017
“Qarabağ“ Bakıda

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info