Boks millimizin nəticələri bəlli oldu
Tarix: 03.09.2017 | Saat: 11:35:00 | Oxunub: 808 | E-mail | Çapa göndər
Almaniyanın Hamburq şəhərində keçirilən kişi boksçular arasında dünya çempionatı başa çatıb.

FUTBOLMEDİA.az XƏBƏR VERİR Kİ, 9 gün davam edən yarışın yekununa əsasən medal əldə edən ölkələrin də siyahısı açıqlanıb.

Mundialda 10 çəkidən 4-də təmsil olunan yığmamız 2 medala yiyələnib. Hesabına 1 qızıl və 1 bürünc mükafat yazan komandamız medal sıralamasına görə dünya çempionatını 4-cü pillədə başa vurub. Millimiz göstərdiyi nəticəyə görə Avropada isə hamını qabaqlayıb.

Ümumilikdə, 20 ölkə Hamburqda medala sahib olub. Onlardan cəmi 6-sı çempionluq sevinci yaşayıb.

Siyahıda birinci yeri Kuba yığması tutub. Amerika qitəsinin təmsilçisi 5 qızıl və 2 gümüş medal qazanıb. İlk "üçlük"də iki Asiya təmsilçisi də yer alıb. İkinci pillədə Özbəkistan (1 qızıl, 3 gümüş, 2 bürünc) qərarlaşdığı halda, üçüncü yeri Qazaxıstan (1 qızıl, 2 gümüş və 3 bürünc) tutub. Avropa yığmaları arasında ən yaxşı nəticəyə malik millimiz isə ümumi sıralamada 4-cü olub.

Qeyd edək ki, yığmamızın heyətində Məhəmmədrəsul Məcidov (+91 kq) qızıl, Kamran Şahsuvarlı (75 kq) bürünc medal qazanıb.




 
Bölməyə aid digər xəbərlər
21.09.2017
Kamran Ağayev oynadı,komandası 1/8 finala yüksəldi
14.09.2017
Yay Olimpiya Oyunlarına ev sahibliyi edəcək şəhərlər hansılardı?
07.09.2017
“Araz“ın UEFA kubokundakı oyunlarının vaxtı məlum oldu
07.09.2017
Azərbaycanın ağır atletika üzrə yığma komandasının dopinq cəzası məlum oldu
03.09.2017
Cüdoçularımızdan daha bir neçə medal

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info