Cüdoçularımızdan daha bir neçə medal
Tarix: 03.09.2017 | Saat: 09:42:00 | Oxunub: 794 | E-mail | Çapa göndər
Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatı başa çatıb. Futbolmedia.az-ın məlumatına görə, yarışın 6-cı gündə Azərbaycan millisinin daha 4 idmançısı tatamiyə çıxıb.

Kişilər
100 kq

Bu çəkidə iki idmançımız mübarizə aparıb. Elxan Məmmədov yarışa 1/16 finaldan start verib. O, ilk görüşündə Kayl Reyeslə (Kanada) üz-üzə gəlib. Rəqibinə qalib gələn cüdoçumuz 1/8-də Anton Savitskini (Ukrayna) məğlub edib. İdmançımız 1/4 finaldakı isə Kazbek Zankişiyevə (Rusiya) qalib gələrək yarımfinala yüksəlib. Finalın bir addımlığında gürcü Varlam Lipartelianiyə uduzan Məmmədov bürünc medal uğrunda yarışmalı olub.

Elmar Qasımov da mundiala 1/16 finaldan başlayıb. İlk olaraq Otqonbaatar Lxaqvasureni (Monqolustan) yolundan kənarlaşdıran cüdoçumuz 1/8 finalda Portuqaliya idmançısı Jorje Fonsekadan üstün olub. 1/4 finalda Aaron Volfa (Yaponiya) Qasımov təsəlliverici görüşlərdə ilk olaraq belçikalı Toma Nikoforovla qarşılaşıb. Bu rəqibinə qalib gələn Elmar “bürünc” üçün komanda yoldaşı Elxan Məmmədovla qarşılaşıb.

Görüşü qələbə ilə başa vuran Qasımov mundialı üçüncü pillədə tamamlayıb.

+100 kq

Ən ağır çəkidə ölkəmizi təmsil edən Uşanqi Kokouri ilk görüşündəcə Rafael Silvaya (Braziliya )uduzaraq dünya çempionatı ilə erkən vidalaşıb.

Qadınlar
+78 kq

Bu çəkidəki təmsilçimiz İrina Kindzerskaya Essohanam Koro ilə üz-üzə gəlib və qalib gəlib. Cüdoçumuz 1/8 finalda Santa Pakentyeni (Litva) məğlub edib. İrina növbəti mərhələdə Larisa Seriçə (Bosniya və Herseqovina) qalib gəlib. O, yarımfinalda Sonq Yudandan (Çin) zəif olub. Təmsilçimiz “bürünc” uğrunda isə Tisse Savelkulsla (Hollandiya) qarşılaşıb. Rəqibinə qalib gələn İrina mundialı bürünc medalla başa vurub.

Qeyd edək ki, mundialın geridə qalan günlərində Orxan Səfərov (60 kq) və Rüstəm Orucov (73 kq) gümüş medal qazanıblar.




 
Bölməyə aid digər xəbərlər
10.11.2017
Futzal üzrə Azərbaycan millisi turnirdə iştirak edəcək
08.11.2017
“Araz” bu dəfə büdrədi
07.11.2017
Şəhriyar Məmmədyarov:“Bu, inanılmaz bir şeydir“
28.10.2017
Millimiz İspaniyaya qarşı (ONLAYN)
26.10.2017
Daha 2 boksçumuz Avropa çempionatının yarımfinalında

Şərh əlavə olunmayıb

Facebook-da
23.11
14:00
Maksim Medvedev:
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: [email protected]
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info