Vətən U-11-in baş məşqçisi Samir Əbdürrəhmanov:“ U-11 komandamız Atletiko, Çelsi, Mançester Yunayted- lə başa-baş mübarizə apardı“ (LAYİHƏ)
Tarix: 02.09.2017 | Saat: 17:09:00 | Oxunub: 1165 | E-mail | Çapa göndər
Картинки по запросу Media komitəsi loqo



Futbolmedia.az saytı AFFA yanında Media Komitəsinin qalib elan etdiyi "Uşaq futbolu: problemləri necə aradan qaldırmalı, hazırki durumu?" istiqaməti üzrə silsilə yazılarını davam etdirir. Budəfəki yazımızda klublar tərəfindən uşaq futboluna cavabdeh şəxslərlə həmsöhbət olduq. Baş məşqçilərin seçimi zamanı yol verilən səhvlər, uşaqların düzgün istiqamətdə yetişdirilməsi, məşqlərin və təlim-məşq toplanışların vaxtı-vaxtında keçirlimsəi və sairəyə toxunacağıq. Bunun üçün premyer liqada çıxış edən səkkiz klubun uşaq futbol akademiyalarına birbaşa cavabdeh olan şəxslərlə, drektorlar və kordinatorlarla və baş məşqçilərlə söhbət etmək qərarına gəldik. Bugünkü gün uşaq futbolunun durumu acınacaqlıdır. Uşaq futboluna xeyli miqdarda pullar ayrılır. Lakin bütün bunlara baxmayaraq problemlər çox qabarıq şəkildədir. Neçə illərdi avropada ölkəmizi və futbolumuzu təmsil edəcək istedadlı bir belə oyunçu yetişdirməmişik. Bu isə uşaq futbolunda, habelə, klubların akademiyalarında kifayyət qədər problemlərin olduğundan xəbər verir. Bir müddət öncə araşdırmamız sayəsində uşaq futbolunda məşqçilərin heç də, hamısının savadlı və ən azı B dərəcəsinə malik olmadığını üzə çıxardıq. Əgər savadsız məşqçilər olarsa, həmin akademiyaya məxsus olan gələcəyin ulduz futbolçuları necə yetişə bilər. Budəfəki həmsöhbətimiz İzmir Cap və Baku Cap turnirlərinin qalibi Vətən U-11 uşaq liqasının baş məşqçisi Samir Əbdürrəhmanov oldu.




Samir müəllim məşqçi olduğunuz Vtən U-11 liqası haqqında məlumat vermənizi istərdim?


Biz Vətən futbol məktəbi olaraq uşaq liqalarına çox önəm veririk. Çalışırıq ki, uşaq liqasına çox diqqət ayıraq. Başda Vətən futbol məktəbinin rəhbərləri olmaqla,hal-hazırda Vətən U-11 liqasının məşqçisiyəm. Keçənilki U-10 liqası bu ildən U-11 oldu. Bu liqa ilə bir çox turnirlərdə iştirak etdik. Müəyyən yerlər tutduq. Və keçən ildən indiyə qədərki fəaliyyətimizi uğurlu hesab etmək olar. İsmir Cap turnirində iştirak etmişdik. Və yüksək nəaliyyət göstərərək, bu turnirin çempionu olmuşduq.


Bildiyimizə görə, bu yaxınlarda Bakı Cap turnirində iştirak etmisiniz. Həmçinin Vətən futbol məktəbi olaraq özünüzü yaxşı tərəfdən göstərməyi bacarmısınız. Bu turnirdə iştirak etmək üçün sizə təklif gəlmişdi. Yoxsa?


Bəli. Bu yaxınlarda Bakı Cap turnirində iştirak etdik. Lion futbol klubu Bakı Cap turnirinin təşkilatçısı idi. Məhz bu turnir üçün bizə təklif gəldi. Bizdə böyük məmnuniyyətlə bu turnirə qatıldıq. Və bir neçə gün bundan öncə bu turnirdə 12 komanda arasında final mərhələsinə vəsiqə qazandıq. Bu turnir iki qrupdan ibarət idi. Biz öz qrupumuzda lider olduq. Və beləcə finala vəsiqəni təmin etdik. Yarım final mərhələsində Sumqayıt futbol məktəbini üstələdik. Bundan sonra finalda Neftçi futbol məktəbinə (8:0) hesabla qalib gələrək Bakı Cap turnirinin çempionu olduq.



Bakı Cap turnirinə qatılmadan öncə belə bir nəticə qazanacağınızı gözləyirdiniz?

Özünüzdə gəlib şahid ola bilərsiniz ki, Vətən futbol məktəbində seçmə uşaqlardı. Yəni çox istedadlı, prespektiv vəd edən komandamız var. Ümumiyyətlə, biz turnirlər yalnız çempionluq üçün qatılmırıq. Vətən futbol məktəbinin məqsədi Azərbaycan futboluna istedadlı uşaqlar bəxş etməkdir. Yəni bu uşaqlara futbolu düzgün oynamağı, futbolun sirlərini öyrətməyi, gələcəyi düşünürük. Lakin çempion olmaqda da pis deyil. Öncədən futbolda proqnoz vermək olmaz. Əlbəttə ki, nəticə olan yerdə, uğurda olacaq. Çempion olmağımız isə uşaqlara ayrı bir motivatsiya verir.



İştirak etdiyiniz İzmir Cap və Avstriyada keçirdiyiniz tunirlər haqda geniş məlumat verərdiniz. Bu turnirlərdən nəyi öyrəndiniz. Və öz futbol məktəbiniz üçün hansı yenilikləri tətbiq etmək istərdiniz?

Biz İzmir Cap turnirində olan zaman Lion futbol məktəbi də, bu turnirə qatılmışdı. Həmin turnirdə bəzi qaydalar gördük. Yəni bu biim üçün bir yenilik idi. Məsələ, qapıçı topu hara gəldi vura bilməzdi. Yəni qapıçı topu düzgün vurmalı, daha çox ayaqla oynamağı bacarmalıdır. Yəni hücumu müdafiədən başlayan zaman, ayaqla oynamalıdır. Biz Vətən futbol məktəbi olaraq Avstriyadakı qatıldığımız turnirdə də, yeniliklər gördük. Həmin turnirə AFFA nümayəndələridə qatılmışdı. AFFA nümayəndələridə bu qaydalarla razılaşdılar. U-10, U-11 liqasında yəni aşağı yaş liqalarında bu sistemi tətbiq etsinlər. Vətən futbol məktəbinin rəhbərləri AFFA nümayəndələri ilə görüşdü. Və bütün bu yeniliklərlə bağlı mübadilə etdilər. Bir sözlə, təkliflər və tövsüyələr oldu. Bu yen sistemi əla adlandırmaq olar. Yəni qapıçı topu hara gəldi vurmamalıdır. Avstriyada gördüklərimə üstünlük verdim. Fikirləşdim ki, orda gödüyüm yeniliklərin modelini Azərbaycanda tətbiq edə bilərəmmi. Bu bir yeni sistem və yeni modeldir. İnanırsınız, azyaşlıların liqasına belə Avropada çox diqqət var. Hətta çoxlu sayda azarkeşlər vardı. Çox baxımlı və məzmunlu bir turnir keçirdik. Baxın qapıçılar və futbolçular uşaq yaşlarında topu hara gəldi vuracaqsa, böyüyəndə də, belə beynində qalacaq. Ona görə, uşaq yaşlardan bunun qarşısını almalıyıq. Bu, sistemi edə bildik. Məndə bunun bəhrəsini bir məşqçi olaraq gördüm. Çox istərdim ki, digər uşaq liqalarında da bu sistem tətbiq edilsin. Ölkə liqasında da bu sistem tətbiq edilərsə, bunun ancaq xeyrini görə bilərik. Bütün bunlar futbol oynamağın düzgün təməlinin qoyulması üçün vacibdir.


Bu sadaladığınız turnirlərə qatılmağınız üçün sizə təkliflər gəlir. Yoxsa, özünüz təkliflər irəli sürürsüniz?

İzmir Capda iştirak etdik. Bilirsiniz ki, Türkiyənin Altınor futbol akademiyası var. Və bu çox böyük bir akademiyadır. Türkiyə Supr Liqasında iştirak edən futbolçuların çoxusu, bu futbol akademiyanın yetirməsidir. Yəni bunlar bir futbolçu yetişdirmək fabrikasıdır. Bizə bu turnirə qatılmağı onlar təklif etdilər. Vətən futbol məktəbi olaraq bu təklifi məmnuniyyətlə qəbul etdik. Əgər biz inkişaf etmək istəyiriksə, uşaq komandaları daima turnirlərdə iştirak etməlidr. Beynəlxalq təcrübə toplamalıdırlar. Oranın ab-havası tam başqadır. Biz Vətən futbol məktəbi olaraq İzmir Cap turnirində iştirak etdik. Bu turnirdə 40 komanda iştirak edirdi. Vətən Futbol məktəbi olaraq İzmir Cap-da çempion olduq. Çempion olmağımız qarşıdakı Avstriya turnirinə vəsiqə qazandırdı. Həmin turnirdə Atletiko, Çelsi, Mançester Yunayted futbol klubları iştirak edirdi. Hər biri ilə başa-baş mübarizə apardıq. İnanın ki,oranı görən uşaqlar böyük təcrübə topladılar. Uşaqların dünya görüşü, təcrübəsinə çox müsbət təsir edir. Həmin turnirdə 3-cü yerlərin çempionu olduq.

Həmin turnirdə həm bir məşqçi olaraq, həm də, rəqib komandalarla oyunda fərqləndirdiyiniz yetirmələriniz oldumu? Bundan başqa rəqib komandalarının məşqçilərinin diqqətini çəkə bildinizmi?


Keçən il bizim U-10 komandamız Azərbaycana yaxşı mənada səs salmağı bacardı. Həmin turnirlərdə bizldiyimizə görə, rəqib komandaların məşqçiləri öz yetirmələrinə çox ehtiyatlı olmalarını demişdi. Yəni onlara bizimlə oyuna “Barselona” ilə oyuna çıxdıqlarını demişdi. Bu amil isə bizdən çox çəkindiklrini və fərqləndirdiklərinə işarədir. Bəli. Mənim nəzərimdə də, fərqləndirdiyim uşaqlar oldu. Mənim komandamda çox bacarıqlı uşaqlar var. Biz İzmir Cap-da oynayan zaman Altınor futbol akademiyasının rəhbəri bizim bir neçə futbolçumuza təklif göndərmişdi. Bildirdilər ki, sizin rəhbərliyinizlə danışıqlar aparacağıq. Həmin uşaqları bizə verin. Hal-hazırda da, bu uşaqlarla bağlı rəhbərliklə danışıqlar gedir. Bilirsiniz ki, Vətən futbol məktəbi Təhsil Nazirliyinin balansındadır. Və bizim Vətən futbol məktəbi cənab Nazirimiz Mikayıl Cabbarovun diqqət və qayğısı nəticəsində bu uğurlara imza atır. Və Nazirimiz özüdə futbol adamı, idmana sevgisi olan bir insandır. Və bu qayğının qarşılığında bu,uğurlara imza atmamaq olmaz. Məndə burdan cənab nazirimizə öz təşəkkürümü bildirirəm. Strategiyamız uşaqlara düzgün futbol oynamağı aşılamaqdır.

Sentiyabırın axırı çempionata start veriləcək. Bu mövsüm üçün komandanızı hazır görürsünüzmü. Yəni çempionluq şanslarınızı necə dəyərləndirirsiniz?


Bəli. Biz bu mövsüm çempion olmaq istəyirik. İlk olaraq, məzmunlu oyunumuzla buna nail olmaq istəyirik. Belə pis çıxmasın, bizim komanda keçən ildən çox pis vərdiş edib(gülür). Çempionluq dadını çıxardıblar. Başqa nəticə bizi qane etmir. Çempionluq bizə daha böyük stimul verəcək. Öz yetirmələrimə deyirəm ki, sizin çempion olmağınız rəqibləri daha qıcıqlandıracaq. Sizə qarşı iki qat güclə oynayacaqlar. Məhz bu üzdən məhsuliyyətli olun. Zirvəyə qalxmaq asanddır. Zirvədə qalmaq çox çətindir. Məhz buna görə biz daima öz üzərimizdə işləyirik.

Vətən futbol məktəbi olaraq nəkimi çətinliyiniz var. Ümumiyyətlə, rəhbərlik sizin üçün lazımı şərait yaradıbmı?


İlk növbədə, Vətən futbol məktəbinin rəhbərliyinə təşəkkür etmək istərdim. Bəli. Bu gün bizim üçün lazımı şərait yaradılıb. Daima bizi diqqətdə saxlayırlar. Uşaq futbolunda nə lazımdır? Baza, futbol meydançaları, toplar, və sairə. Uşaqlar və məşqçilərə işləmək, yetişmək üçün şərait yaradılıb. Vətən futbol məktəbində xeyli uşaqlar var ki, qalmağı, yeməyi, hər bir şəraiti təmin edilib. Məşqçilərin daima diqqətindədirlər. Öz təhsillərindən də, geri qalmırlar. Elə qaldıqları bazanın yaxınlığında məktəblərə düzəldiliblər. Hər şey qane edir.

Bir məşqçi olaraq uşaq futbolundakı problemlərin aradan qaldırılması üçün nələr etmək lazım olduğunu düşünürsünüz?

Müsahibəmizin əvvəlində dediyim kimi, qaydalarda dəyişiklik edərdim. Daha doğrusu əlavələr edərdim. Süni meydançaların azalması, daha çox təbii meydançaların artırılmasını istərdim. Uşaq futbolunda turnirlərin sayı çox olmalıdır. AFFA özü qurum olaraq futbol turnirlərinin sayını artırsın. Bax bütün bu, amillərə diqqət yetirilərsə, inkişaf olacaq.

Əli HƏYATİ









 
Bölməyə aid digər xəbərlər
14.11.2017
Sumqayıtın “Uğur“ çubuğu“ (LAYİHƏ)
05.11.2017
Həvəskarlar futbolu acınacaqlı durumda (LAYİHƏ)
27.10.2017
AHFF-nın baş katibi Füzuli Nəcəfov:“Həvəskarlar Liqasında ən böyük problem stadionun olmamasıdır“ (LAYİHƏ)
22.10.2017
Həvəskarlar futbolu və Bərdə komandasında hazırki durum (LAYİHƏ)
27.09.2017
Uşaq liqaları U-14, U-16, U-17 (LAYİHƏ)

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: [email protected]
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info