Elşad Əhmədov “Neftçi”nin əvəzedici komandasının məşqçisi: ” Şəraitsizlik uşaq futbolun evini yıxacaq” (LAYİHƏ)
Tarix: 21.08.2017 | Saat: 12:08:00 | Oxunub: 651 | E-mail | Çapa göndər
Картинки по запросу Media komitəsi loqo


Futbolmedia.az saytı AFFA yanında Media Komitəsinin qalib elan etdiyi "Uşaq futbolu: problemləri necə aradan qaldırmalı, hazırki durumu?" istiqaməti üzrə silsilə yazılarını davam etdirir. Budəfəki yazımızda klublar tərəfindən uşaq futboluna cavabdeh şəxslərlə həmsöhbət olduq. Baş məşqçilərin seçimi zamanı yol verilən səhvlər, uşaqların düzgün istiqamətdə yetişdirilməsi, məşqlərin və təlim-məşq toplanışların vaxtı-vaxtında keçirlimsəi və sairəyə toxunacağıq. Budəfə biz “Neftçi” klubunun əvəzediciləri haqda məlumat toplamaq və hazırki durumu işıqlandırmaq qərarına gəldik. Bu dəfəki həmsöhbətimiz “Neftçi”nin əvəzedici komandasının məşqçisi, cavabdeh şəxsi Elşad Əhmədovla problemlərdən danışdıq. Bundan başqa əvəzedici komandaların geridə qalan iki turun nəticələrini də, sizlərə təqdim edirik.


AFFA yanında Media Komitəsinin xətti ilə Futbolmedia.Az saytı uşaq futbolu ilə bağlı layihənin növbəti yazısını təqdim edir. Qeyd edirik
ki, layihə AFFA Yanında Media Komitəsin tərəfindən maliyələşdirilir.


Əvəzedici çempionatın nəticələr


1-ci tur


“Sumqayıt” – “Kəpəz” 2:2

“Zirə” – “Səbail” 3:2

“İnter” – “Qəbələ” 2:6

“Neftçi” – “Qarabağ” 1:0


2-ci tur


“Qarabağ” – “İnter” 1:1

“Qəbələ” – “Sumqayıt” 9:1

“Kəpəz” – “Zirə” 1:2

“Səbail” – “Neftçi” 1:4

Картинки по запросу Elşad əhmədov əvəzedici



Elşad müəllim “Neftçi” futbol akademiyasında artıq nə qədər vaxdır ki, çalışırsınız?

Mən “Neftçi” futbol akademiyasına 2011-ci ildə dəvət olmuşam. Elə gələn gündən indiyənə kimi Çalışmışam. Hazırda əvəzedici komandanın baş məşqçisiyəm. Və bununla da fəxr edirəm.



“Neftçi” akademiyasına gələn gündən ancaq əvəzedici komandanın məşqçisi olmusunuz. Yoxsa?

Xeyir. Çalışdığım vəzifədə iki dəfə postumu dəyişmişəm. Bir dəfə 17 yaşlılarda çalışmışam. Bundan başqa 19 yaşlıların baş məşqçisi olmuşam. Bundan sonraki dövürlərdə isə ancaq əvəzedicilrin məşqçisi olmuşam.

Картинки по запросу Elşad əhmədov əvəzedici


Əvəzedicilərin məşqçisi olmanızı kim isdədi. Yəni rəhbərlik belə qərar verdi. Yoxsa, bu sizin şəxsi seçiminiz oldu?

Mən 19 yaşlılarda işləyən zaman komanda Çempionlar Liqasında çıxış edirdi. Mənim seçimim olmamışdan öncə baş məşqçi Elxan Abdullayev də, mənə təklif etdi. Dedi ki, istərdim ki, komandanı sən çalışdırasan.

Картинки по запросу Elşad əhmədov əvəzedici


Hazırda məşqçisi olduğunuz əvəzedicilər haqda nələr söyləyə bilərsiniz?

İşlərimiz pis getmir. Komandamızın heyətində çox istedadlı və yetənəkli gəc futbolçular var. Onların üzərində maksumum güc sərf edirik. İnanırıq ki, bu futbolçular gələcəkdə öz sözünü deyə biləcəklər. Lakin demirəm ki, hər şey superdi. Çatışmamazlıqların olması öz yerində.

Картинки по запросу Elşad əhmədov əvəzedici

Bu il hansı işləri görüb, hansı yeniliklər edə bilmisiniz?

Biz fasilədən istifadə edərək təlim-məşq toplanışından başlayıb, seleksiya işlərini uğurla aparmışıq. Xüsusən fiziki çalışmaların üstündə durmuşuq. Bundan başqa komandanı texniki və taktiki planla hazırlamağa nail oldum.

Təlim-məşq toplanışını harda təşkil etdiniz?

Bu toplanış Qaraçuxur rayonunda yerləşən “Rəvan” futbol klubunun bazasında həyata keçrildi. Hardasa, 12 gün orada toplanış keçdik. Qalan günlərdə isə toplanışı Neftçi bazada etdik.

Seleksiya işlərinizin uğurlu olduğunu söyləmək olarmı. Daha çox hansı yaş qruplarına üstünlük verdiniz?

Biz daha çox gücümüzü 1999-cu il təvəllüdlərinə verdik. Hardasa, 1997-ci il təvvəllüdlərində isə cəmi 2-3 nəfər götürdük. Yəni bundan yuxarı yaş qruplarına müraciət etmədik. Fikrimcə, heç buna ehtiyacda yoxdur.

Seleksiya işlərini bölgələrdə etdiniz. Yoxsa, Bakı ətrafında seleksiyanı təşkil etməklə kifayyətləndiniz?

Bölgələrə daha çox akademiyamız müraciət edir. Lakin bizdə öz növbəmizdə bölgədən gələn uşaqları götürdük. Belə deyim ki, bölgələrdə çalışan məşqçilərin təklifi və məsləhəti ilə bu uşaqları heyətə götürdük. Bunların içərisində bəyəndiyimizdə oldu, bəyənmədiyimizdə.

Seleksiya zamanı nə qədər uşaq cəlb edə bildiniz?


Bu seleksiya işlərinin nəticəsi olaraq altı nəfər uşaq cəlb edə bilmişik. Yəni akademiyamızı çıxmaq şərtiylə bu qədər uşaq cəlb edə bildik.

Növbəti mövsüm üçün hazırlığınızın yüksək səviyyədə keçdiyini söyləmək olarmı?

Mən deməzdim ki, yüksək səviyyədə keçdi. Lakin qənaətbəxş hesab etmək olar. Bir sözlə normal keçdi. Yüksək səviyyədə hazırlıq Avstriya, Almaniya, hazırlıqları olardı. Azərbaycan səviyyəsində normal adlandırmaq olar.

Artıq çempionatın 2-ci tutu geridə qalıb Hələ ki, pis başlamamısınız. “Qarabağ” üzərində qələbə və ikinci matç haqda fikirlərinizi bilmək istərdim?

İlk oyunda qalib gəlməyimizə baxmayaraq, “Qarabağ” klubu bizdən çox üstün oynadı. Zarafat deyil bu, komanda keçən il çempion olub. Oyunda da, üstünlük rəqibdə oldu. Düzünə qalası olsa, bəxtimiz gətirdi. Bizdən güclü idilər. Səbail komandası ilə ikinci oyunumuz isə çətin keçdi. Baxmayaraq ki, böyükhesabla qalib gəldik, ilk hissədə rəqib bizi çox sıxdı. Hələ ki, pis başlamamışıq. Lakin indidən nəsə danışmaq düzgün çıxmaz. Hələ qarşıda uzun marafon var. Əsas məqsədimiz ölkəmizə yaxşı istedadlı futbolçular bəxş etməkdir.

Bu mövsüm elə bax bu heyətlə çempion olmaq şanslarınızı necə qiymətləndirərdiniz?

Açığını deyim ki, çempion olmağımız çətin məsələdir. Bizə lazım olan odur ki, yaxşı istedadlı futbolçuları üzə çıxardaaq. Şəxsən mənim komandamda 3-4 futbolçu var. Bu futbolçular gələcəkdə əsas komandaya çox iddialıdır. Onlardan biridə Fəhmindir.


Картинки по запросу Elşad əhmədov əvəzedici


Neftçi futbol akademiyasına gəldiyiniz dövürdən bəri, neçə tanınmış futbolçuların yetişdirilməsində xidmətiniz var?

Bilirsiniz, mən bu fikirlə heç razı deyiləm. Yəni son zamanlar dəb alıb ki, filankəs futbolçu mənim yetirməmdi. Bu düzgün yanaşma deyil. Axı bu futbolçu həddi buluğa gəlib çatana kimi neçə məşqçilər görüb. Buna görə mən bu suala cavab vermək istəməzdim.



Hazırki durumda uşaq futbolunu necə analiz edərdiniz. Yəni durum necədir?


Baxın meydançalarımızın çoxu süni meydançalardı. Laızmı səviyyədə diqqət ayrılmaması, və sistemlərin vaxtında işə salınmamasıdır. Biz Avropadan çox geri qalırıq. Lakin bir şeydə deyim ki, ölkəmizdə istedadlı futbolçular çoxdu. Məsələn, 11 yaşlı azərbaycanlı uşaağı küçədən tut apar futbol oynamağa. Eyni şeyi rusiyalı və ukraynalı uşağa da tətbiq et. Azərbaycanlı uşaq onlardan zəif oynasa, mən adımı dəyişərəm. Lakin uşaq futbolunda hər şey plana uyğun getmir. Baxın mən 17 yaşlı uşağa məşq keçirəm. Uşaq gəlir deyir ki, müəllim ac gəlmişəm, yorğun gəlmişəm, durumum yaxşı deyil. Bu uşağa 50 dəqiqəlik proqramlı məşq verməliyəm. Lakin bu problemlərə görə 20 dəqiqə və ya, 15 dəqiqə verməliyəm. Şəraitsizlik uşaq futbolun evini yıxacaq. Bax bunların qarşısını almaq lazımdır.

Bildiyimizə görə, “Neftçi” klubunun baş məqşçisi postu rəhbərlik tərəfindən sizə təklif ediləcək. Sizin cavabınız nə olacaq?

Burada birbaşa cavab vermək olmaz. Bilinmir hələ kimə təklif olacaq. Mən Moskvada idim. İdman dərəcəsi ilə bağlı getmişdim. Mənim Bazaya görüşmək üçün çağırıblar. Gedəcəm görüm vəziyyət nə yerdədir. Hələ bircə onu bilirəm ki, “Kəpəz”lə oyuna komandanı mən çıxardacam. Danışıqlardan sonra fikrimi deyəcəm.

Əli HƏYATİ






 
Bölməyə aid digər xəbərlər
26.12.2017
17 ildən sonrakı qayıdış: “Səhliyalı”ya kömək lazımdır (LAYİHƏ)
23.12.2017
Quba “Şahdağ”ın keçmişi və hazırki durumu (LAYİHƏ)
16.12.2017
Altı gəncin əsdirdiyi “Tufan” (LAYİHƏ)
05.12.2017
Həvəskarlar Liqasında milli komandaya yüksələnlər (LAYİHƏ)
27.11.2017
Kazbek Tuayevi yetişdirən qəsəbənin futbol həyatı (LAYİHƏ)

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info