Hacı Əliyev Parisdə Dünya çempionu oldu
Tarix: 26.08.2017 | Saat: 12:14:00 | Oxunub: 606 | E-mail | Çapa göndər
Sərbəst güləş üzrə Azərbaycan yığmasının üzvü Hacı Əliyev Fransanın paytaxtı Parisdəki dünya çempionatında qızıl medal qazanıb.

Futbolmedia.az-ın məlumatına görə, 61 kq çəkidə mübarizə aparan ikiqat Dünya çempionu, Olimpiya Oyunlarının bürünc medalçısı H.Əliyev ardıcıl olaraq bütün rəqiblərini mübarizədən kənarlaşdırıb və finala yüksəlib. Finala qədər güləşçimiz Qırğızıstan, Yaponiya, Slovakiya və Kubadan olan rəqiblərini tam üstünlüklə məğlub edib. Həlledici görüşdə Hacı Əliyevin rəqibi Rusiya idmançısı Hacımurad Rəşidov olub. Görüşün başa çatmasına 30 saniyə qalmış rəqibinin kürəyini xalçaya sıxan güləşçimiz tam üstünlüklə qalib gəlib.

Bununla da Hacı Əliyev Azərbaycan sərbəst güləş tarixində üçqat Dünya çempionu olan ilk güləşçi olub




 
Bölməyə aid digər xəbərlər
10.11.2017
Futzal üzrə Azərbaycan millisi turnirdə iştirak edəcək
08.11.2017
“Araz” bu dəfə büdrədi
07.11.2017
Şəhriyar Məmmədyarov:“Bu, inanılmaz bir şeydir“
28.10.2017
Millimiz İspaniyaya qarşı (ONLAYN)
26.10.2017
Daha 2 boksçumuz Avropa çempionatının yarımfinalında

Şərh əlavə olunmayıb

Facebook-da
23.11
14:00
Maksim Medvedev:
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: [email protected]
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info