Vətən U-12 liqasının baş məşqçisi Elnur Zeynalov:“ Uşaq futbolunda yeni sistematik dəyişiklər olub“ (LAYİHƏ)
Tarix: 22.08.2017 | Saat: 09:59:00 | Oxunub: 434 | E-mail | Çapa göndər
Картинки по запросу Media komitəsi

Futbolmedia.az saytı AFFA yanında Media Komitəsinin qalib elan etdiyi "Uşaq futbolu: problemləri necə aradan qaldırmalı, hazırki durumu?" istiqaməti üzrə silsilə yazılarını davam etdirir. Budəfəki yazımızda klublar tərəfindən uşaq futboluna cavabdeh şəxslərlə həmsöhbət olduq. Baş məşqçilərin seçimi zamanı yol verilən səhvlər, uşaqların düzgün istiqamətdə yetişdirilməsi, məşqlərin və təlim-məşq toplanışların vaxtı-vaxtında keçirlimsəi və sairəyə toxunacağıq. Bunun üçün premyer liqada çıxış edən səkkiz klubun uşaq futbol akademiyalarına birbaşa cavabdeh olan şəxslərlə, drektorlar və kordinatorlarla və baş məşqçilərlə söhbət etmək qərarına gəldik. Bugünkü gün uşaq futbolunun durumu acınacaqlıdır. Uşaq futboluna xeyli miqdarda pullar ayrılır. Lakin bütün bunlara baxmayaraq problemlər çox qabarıq şəkildədir. Neçə illərdi avropada ölkəmizi və futbolumuzu təmsil edəcək istedadlı bir belə oyunçu yetişdirməmişik. Bu isə uşaq futbolunda, habelə, klubların akademiyalarında kifayyət qədər problemlərin olduğundan xəbər verir. Bir müddət öncə araşdırmamız sayəsində uşaq futbolunda məşqçilərin heç də, hamısının savadlı və ən azı B dərəcəsinə malik olmadığını üzə çıxardıq. Əgər savadsız məşqçilər olarsa, həmin akademiyaya məxsus olan gələcəyin ulduz futbolçuları necə yetişə bilər. Bütün bunlara və bir çox akademiyada baş verənlərə aydınlıq gətirmək üçün klublara müraciət etdik. Premyer liqada çıxış edən 8 klubumuzun uşaq futbol akademiyasına birbaşa cavabdeh şəxslərlə əlaqə qurduq. Budəfəki həmsöhbətimiz Vətən U-12 liqasının yeni baş məşqçisi Elnur Zeynalovdur.

AFFA yanında Media Komitəsinin xətti ilə Futbolmedia.Az saytı uşaq futbolu ilə bağlı layihənin növbəti yazısını təqdim edir. Qeyd edirik
ki, layihə AFFA Yanında Media Komitəsin tərəfindən maliyələşdirilir.




Elnur müəllim hazırda nə işlə məşğulsunuz?

Hal-hazırda 2006-cı il təvəllüdlərlə çalışıram. Bilirsiniz ki, Vətən və Səbail futbol məktəbləri birləşdi. Mənim əvvəlki komandam 17 yaşlılar keçdi Səbailin tərkibinə. İndi 12 yaşlılardan ibarət komandanın məşqçisiyəm. Mən keçmədim Səbail.



Bildiyimizə görə əməliyyat olmusunuz. Məhz bu səbəbdən keçmədiyinizi söyləmək olarmı?

Картинки по запросу Elnur Zeynalov məşqçi


Bəli. Mən bu yaxınlarda əməliyyat keçirmişəm. Səhətimdə problemlər vardı. Şükürlər olsun indi yaxşıyam. Məhz bu üzdən “Səbail”ə keçmədiyimi söyləyə bilərəm. Çünki əməliyyatdan təzə çıxmış insan zəif və bir qədər gücsüz olur. Belə məsləhət oldu ki, 12 yaşlılarla çalışım. Bu təklif sırf rəhbərlik tərəfindən təklif oldu. Sağ olsunlar mənə dəstək olurlar. Bu mövsüm İnşallah 12 yaşlılarla çempionatda mübarizə aparacağıq.

Əvvəlki çalışdırdığınız və uğur qazandıınız komandadan necə imtina edə bildiniz. Yəni bu komandanı bir neçə il çalışdırmısınız?

Əlbəttə ki, çox çətin başa gəldi. Məndə istəməzdim ki, belə olsun. Mən bu komanda ilə çalışmız və əziyyət çəkmişəm. Əlimdən gələni etmişdim. Həmin vaxt uşaqlarda yer tutmağı bacardı. Hətta əsas milli komandaya bir neçə futbolçu da bəxş edə bildik. Elə Murad, Hikmət, Bayram kimi futbolçular milli komandaya cəlb ediliblər. Bu bizim üçün sevindirici və uöurlu bir haldır. Elə əsas məqsədimiz də, budur ki, Azərbaycana istedadlı futbolçular bəxş edək.

Картинки по запросу Elnur Zeynalov məşqçi


Həmin istedadlı uşaqları hansı bölgədən seçmişdiniz?

Bu adlarını çəkdiyim istedadlı futbolçuları Cənub bölgəsindən tapmışdıq. Astara, Lənkəran, hətta Zaqataladan da, gətizdirmişdik. Düzünü deyim ki, bu uşaqları həmin bölgədə çalışan müəllimlərimiz məsləhət bilmişdilər. Lakin onları Bakıya gətirib üzərlərində xeyli çalışdıq.

Картинки по запросу Elnur Zeynalov məşqçi


Yeni məşqçisi olduğunuz 12 yaşlılardan ibarət liqada tanıdığınız uşaqlar çoxdur. Yoxsa?

Bu 12 yaşlıların hamısı demək olar ki, Vətən-in öz yetirmələridir. Yəni qıraqdan gələn uşaqlar deyil. Açığını deyim, pis uşaqlar deyil. Lakin üzərlərində çalışmaq lazımdır. Bunu sizə bir mşqçi kimi deyirəm. Bu uşaqlar indi ağ vərəq kimidir. Gərək bunlara lazımı səviyyədə futbolu aşılayasan. Ən əsası futbolçu olmaqla yanaşı, futbol biliklərinin olması, insan kimi yetişmələri vacibdir. Bu onların gələcəyi üçün çox lazımlıdır.

Bəs seleksiya işləri necə ürəyinizcə oldu. Yəni nə kimi irəlləyiş edə bildiniz?

Картинки по запросу Elnur Zeynalov məşqçi



Uşaqların yaşları ilə bağlı bölgələrdən tapıb gətirmək çox çətin oldu. Düzdü, komandalarda bölgələrdən uşaqlar var. Heçdə az deyil. Lakin onların gətizdirilməsi, hər tərəfli təmin edilməsi çox çətin başa gəlir. Yəni bu hazırda Vətən komandasında mümkün deyil. Bizim futbol məktbimizdə bu şərait yoxdur. Məhz bu üzdən daha çox Bakı ətrafı seleksiya işlərini həyata keçririk. Bu elə bir yaşdır ki, uşaqlar daha tez götürür. Düzdü, çətinliyi də az deyil. Ancaq hər halda bu yaş uşaqlarla çalışmaq vacibdir. Baxın 16-17 yaşlı uşaqlar bir dəfə göstərib və başa salırsan. Və bu uşaq onu yaxşı yerinə yetirir. Lakin az yaşlılarda çox çalışmalısan ki, beyinlərinə girsin.



Rəhbərlik sizin 12 yaşlılarla işləməyinizə nə reaksiya verdi?

Rəhbərlik sağ olsun ki, güvəndilər. Həmdə mənə xəstə olduğum müddətdə dəstək oldular. Elə rəhbərliyin təklifi oldu.
Bəs bu il hər hansı bir yer tutmağı rəhbərlik qarşınıza məqsəd qoyubmu?

Bu il 2006-ci il təvəllüdlü uşaqlar keçən il 7-7-yə oynayırdılar. Meydançanın dördə bir hissəsində oynayırdılar. Mini futbol kimi oynayırdılar. Lakin bu il həmin uşaqlar 9-9-za oynayacaqlar. Artıq meydamçanın yarısında mübarizə aparacaqlar. Bu sistem bu uşaqlar üçün yenilikdi. Məhz bu üzdən hər hansı bir yer tutmaqdan danışmaq düzgün olmaz. Əlbəttə ki. yer tutmaq üçün çalışacaqlar. Lakin ən əsası ölkəmizə istedadlı futbolçular bəxş etməkdir.

Sizcə, yeni sistematik dəyişiklər uşaqlar üçün çox çətin olmayacaq?

Əlbəttə ki. çox çətin olacaq. Təsəfür edin ki, 7-7-dən birdən-birə 9-9-za qalxdılar. İstər-istəməz çətinlik yaradacaq. Lakin bu belədə olmalıdır. Ən əsası bu uşaqların taktiki cəhətdən düşüncələrini, yanaşmalarını formalaşdırmaq vaxt aparacaq. Yəni keçən ilki oynadıöı futbolla, indikində böyük fərq olacaq. Həm oyunçuların say çoxluğu, həm də stadionun böyüklüyü məsələsi var. Yəni mərhələ-mərhələ həll olunacaq. Məqsədimiz odur ki, bu uşaqların futbol bilikləri müəyyən yaş dövrünə çatan zaman şaxəli olsun. Ən məhsuliyyətli iş bu yaşda uşaqlarla çalışan məşqçilərdədir. Bu yaşda uşaqlara futbolun sirrini yaxşı və dəqiq öyrətmək lazımdır. Uşaqlarda bütün çatışmazlıqlarda məşqçilər günahkar olur. Bizim dövrümüzdə məşqçilər deyirdilər ay bala, düzgün öyrənin, düzgün edin ki, sabah böyük futbol oynayanda bizə söyməsinlər(gülür).

Картинки по запросу Elnur Zeynalov məsqci


Səbail futbol məktəbi ilə birləşməniz bir məşqçi olaraq sizi qane etdimi. Yoxsa, narazı qaldınız?


Əlbəttə ki, bu birləşmək rəhbərliyin işidir. Biz məşqçilərə nə deyilir onu edirik. Sanki əsgər olaraq işimizi icra edirik. Lakin mənim şəxsi fikrimcə, klubla müqavilə imzalamağın böyük prespektivləri var. Çünki “Səbail” klubu ölkə premyer-liqasında çıxış edir. Fikrimcə, Vətən gələcəkdə futbol akademiyası olsa, bunun çox müsbət tərəfləri olacaq. Vətən komandasının artıq 1-ci divizionunda komandası mübarizə aparır. Vətən komandasında yetişən uşağın gələcəyi də sığortalı olur. Yəni bu uşaq yetişdikdən sonra itib-batmır. Həmin istedadlı uşaqlar həm Vətənin 1-ci divizionunda çıxış edə bilər. Həm də “Səbail” klubunun futbolçusu ola biulər. Mənim fikrimcə, birləşməyimizin üstünlükləri çoxdur. Gələcəkdə yaxşı sponsor olarsa, Vətən komandası da, premyer-liqada mübarizə aparmağa qadirdi. Bu amil çox vacibdir. Çünki valideyinlərdə düşünür ki, mənim uşğımın gələcəyi olsun. Vətən premyer-liqada oynasa, 1-ci divizion və əvəz edici komandaları olacaq. Və bu futbol məktəbinə daha çox uşaqlar üz tutacaq. Bütün bunlar isə yalnız Azərbaycan futbolunun xeyrinə olacaq.

Əli HƏYATİ
















 
Bölməyə aid digər xəbərlər
26.12.2017
17 ildən sonrakı qayıdış: “Səhliyalı”ya kömək lazımdır (LAYİHƏ)
23.12.2017
Quba “Şahdağ”ın keçmişi və hazırki durumu (LAYİHƏ)
16.12.2017
Altı gəncin əsdirdiyi “Tufan” (LAYİHƏ)
05.12.2017
Həvəskarlar Liqasında milli komandaya yüksələnlər (LAYİHƏ)
27.11.2017
Kazbek Tuayevi yetişdirən qəsəbənin futbol həyatı (LAYİHƏ)

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info