Yunis Hüseynov: “Neftçi”də məni görmək istəmirlər”
Tarix: 21.08.2017 | Saat: 15:51:00 | Oxunub: 1097 | E-mail | Çapa göndər
Azərbaycanın veteran məşqçisi Yuniz Hüseynovun Futbolmedia.Az saytına müsahibəsini təqdim edirik.


Yəqin bilirsiniz ki, “Neftçi” klubunun baş məşqçisi Elxan Abdullayev istefa verib. Və yeni məşqçilərin namizədləri sırasında sizin də, adınız var. Sizə bir təklif gəlibmi?



Mənə heç bir təklif olmayıb. Heç inanmıram ki, təklif olunsun.

Niyə? Buna səbəb nədir?

Məni heç vaxt “Neftçi”yə baş məşqçi gəlməyimə imkan verməzlər. Siz statistikaya baxsanız görəcəksiniz ki, mənim dəfələrlə “Neftçi”yə baş məşqçi gəlməyə namizədliyim irəli sürülsə də, bu baş tutmayıb.

Belə çıxır ki, burada birbaşa kiminsə və ya, yüksək vəzifəli bir şəxsin barmağı var?

Mən bunu tam açıqlaya bilmərəm. Lakin bilirəm ki, məni istəməyənlər var.

Bəs birdən sizin “Neftçi”yə gəlişinizi istəsələr necə? Razılıq verərdiniz?

Bu mümkün deyil ki, məni çağırsınlar. Buna inanmağım gəlmir. Çağırmazlar. Əgər çağırsalar əlbəttə ki, təklifi qəbul edərəm.

Demək Yunis Hüseynov da, mafiyanın qurnaı olub?

Tam olaraq mafiyanın qurbanı deməzdim. Lakin istəməyən qüvvəllər var. Lap belə deyim ki, kiminsə xoşuna gəlmirəm.

Sizin danışığınızdan belə başa düşdüm ki, bir nəfərdi. Və vəzifəli şəxsdir. Bu adam təxminən AFFA-nn baş katibi Elxan Məmmədov deyil ki?

Mən ad çəkmək istəmirəm. Bilmirəm. Kiminsə adını çəkmək istəməzdim. Fakt odur ki, məni “Neftçi”dən hər zaman uzaq tuturlar. Mənə qarşı həm o adamın, həm də, “Neftçi”nin antipatiyası var. Ayıbdır vallah.

Bu düşmənçilik nədən qaynaqlanıb?

Düşmən deməzdim. Lakin bilir, görür və hiss edirəm ki, ayağımı qazırlar. Məni sevmirlər. Mənim “Neftçi”də işləməyimi istəmirlər.

Belə başa düşdüm ki, sizə bu gün məlumat çatıb. Yəni sizin “Neftçi”yə baş məşqçi gedə bilməməyiniz haqda məlumatı nəzərdə tuturam. Yox cavabı?

Mənə hər zaman onlar barəsində məlumat çatır. Bilirəm nə edirlər, nə hoqqadan çıxırlar. Bu gün də, məlumat çatdı. Torpağında qulağı var. Ordan, burdan da eşidirik. Mən 15 il “Neftçi”nin şərəfini qorumuşam. Düz doqquz il kapitanı olmuşam. Bu nə insafsızlıqdır. Fakt onu göstərir ki, onlar məni istəmirlər. Təsəvvür edin ki, 15 il şərəfini qoruduğum komanda 50 illik yubileyimdə məni təbrik etməmişdi. Özünüz nəticə çıxardın.

Əli HƏYATİ







 
Bölməyə aid digər xəbərlər
18.09.2017
Elyunussi: “Qarabağ” Azərbaycanın böyük klubudur“
17.09.2017
Tərlan Əhmədov:“Qarşıda bizi ağır oyunlar gözləyir“
13.09.2017
Antonio Konte: “Zappakosta mühüm qola imza atdı“
12.09.2017
“Qarabağ”ın futbolçusu:“Qrupdakı qələbə və ya heç-heçə isə bonus olacaq“
11.09.2017
Səlahət Ağayev:“Neftçi“ elə bir komanda deyil ki, peşman olasan“

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info